CƏMİYYƏT


Aksiz markası olmayan 32 min ədəd siqaret müsadirə edilib

Bakı, 17 iyul, AZƏRTAC

Aksiz markası olmayan 32 min ədəd siqaret müsadirə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90TT380 nömrə nişanlı, “Niva” markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı, yük yerində üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 15 min ədəd “De Santıs White” və 17 min ədəd “Cavallo Play” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.