CƏMİYYƏT


Aksiz markası olmayan siqaretlər aşkarlanıb

Bakı, 15 may, AZƏRTAC

Aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21074" markalı nəqliyyat vasitəsinə "Nayk" ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı xidməti it avtomobilin salonunda cihazlar panelinin içinə və ön oturacaqların altına, yük yerinə tütün məmulatlarının olduğunu əks etdirən reaksiya göstərib. Bundan sonra həmin hissələrə keçirilən baxış zamanı üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5200 ədəd "Marlboro" və 1200 ədəd "Golden Gate" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.