CƏMİYYƏT
Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb
Bakı, 27 may, AZƏRTAC
Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb. Avtomobilə baxış keçirən gömrükçülər 22 min 180 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]