CƏMİYYƏT


Aktauda Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısından danışılıb

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın Aktaudakı baş konsulluğunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi üzrə “Bazar günü məktəbi”nin şagirdləri, azərbaycanlı uşaqlar və onların valideynləri iştirak ediblər.

Baş konsulluğun rəhbəri Elxan Zeynalov Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısından, ümummilli lider Heydər Əliyevin uşaqlarla bağlı siyasətindən danışıb, 1998-ci il mayın 19-da “Uşaq hüquqları” haqqında qəbul edilmiş Qanun haqqında məlumat verib. E.Zeynalov, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.

Sonra Azərbaycanda uşaqlara dövlət qayğısından bəhs edən film nümayiş olunub.

Daha sonra uşaqlar arasında Azərbaycan dilində şeir və rəsm müsabiqələri keçirilib, qaliblər baş konsulluğun xatirə hədiyyələri və suvenirlərlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.