İQTİSADİYYAT


Aktuarilər üçün keçirilmiş attestasiyanın nəticələri müəyyənləşib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) aktuari şəhadətnaməsinin alınması üçün attestasiya keçirilib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Palataya müraciət etmiş 15 nəfər aktuaridən 14-ü sözügedən attestasiyada iştirak edib. Attestasiyanın nəticələrinə əsasən, Hüseynov Cəlil Nizami oğlu, Əliyev Hikmət Fazil oğlu, Abdullayev Elvin Elmdar oğlu, Yusifov Ülvi Zahir oğlu, Məmmədli Orxan Məmmədağa oğlu, Zeynallı Aqil Rauf oğlu, İslamov Anar Bahadır oğlu və Musayev Rəşad Musa oğlu keçid balını toplayaraq attestasiya mərhələsindən müvəffəqiyyətlə keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.