MƏDƏNİYYƏT


Aktyor Ağarəfi Rəhimovun xatirəsi anılacaq

Bakı, 19 may, AZƏRTAC

Mayın 21-də özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrında çalışmış mərhum aktyor Ağarəfi Rəhimovun 65 illiyi qeyd olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Musiqili Teatrda baş tutacaq anım tədbirində sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcək. Həmçinin teatrda aktyorun xatirəsinə həsr olunmuş Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Qeyd edək ki, sənətkar Azərbaycan teatr sənətində məxsusi yeri, çəkisi olan aktyorlardandır.

O, “Bankir adaxlı”, “Bəydullanın möhtəşəm toyu”, “Əlin cibində olsun”, “92 dəqiqə gülüş”, “Nəğməli könül”, “10 min dollarlıq keyf” və digər onlarla tamaşada yaddaqalan obrazlar yaradıb.

Eyni zamanda, aktyor “Üzeyir ömrü”, “Birisigün, gecəyarıs”, “Evlənmək istəyirəm”, “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Gülüş sanatoriyası”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Yük”, “Kənddən gələn var”, “Yoxlama”, “Papaq” və başqa filmlərdə bir-birindən maraqlı rollar yaradıb.

A.Rəhimov 2005-ci il oktyabrın 25-də dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.