QAN YADDAŞI
“Al-Bayan” qəzetində “Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu 1918-ci il soyqırımı qurbanlarının xatirəsini yad edir” sərlövhəli məqalə dərc olunmuşdur
Bakı, 1 aprel (AZƏRTAC). Dubay hökumətinin ərəbdilli “Al-Bayan” qəzetinin 1 aprel tarixli nömrəsində “Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu 1918-ci il soyqırımı qurbanlarının xatirəsini yad edir” sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə bildirilir ki, martın 31-də Azərbaycan xalqı Birinci Dünya müharibəsindən sonra ermǝnilǝrlə bolṣeviklǝrin azərbaycanlılara qarṣı hǝyata keçirdiklǝri soyqırımının 96-cı ildönümünü qeyd etmişdir.
BӘӘ-dəki Azərbaycan diasporu da mart soyqırımı ilə bağlı konfrans keçirmişdir.
Konfransda çıxış edən Azərbaycan diasporunun rǝhbǝri Samir İmanov bildirmiṣdir ki, Azərbaycan Respublikası yalnız müstəqilliyini bərpa etdikdən sonra uzun illər gizli saxlanılan saxta faktların ifṣasına vǝ öz xalqının hǝqiqi tarixinin aşkar edilməsinə nail olmuṣdur.
S.İmanov diqqətə çatdırmışdır ki, Azərbaycanın sərhədlərinin dəyişdirilməsinin başlanğıcı hesab edilǝn Gülüstan (1813) və Türkmǝnçay (1828) müqavilǝlǝrinin imzalanmasından sonra ermǝni işğalçıları tərəfindən azǝrbaycanlılara qarṣı hǝyata keçirilǝn soyqırımı sistemli siyasətə çevrilmişdir. O demişdir ki, XX əsrin ortalarında qəbul edilmiş xüsusi qərarla azərbaycanlılara qarşı deportasiya tətbiq olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, mǝhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildǝ hakimiyyǝtǝ qayıdışından sonra bu hadisǝlǝrǝ siyasi-hüquqi qiymǝt verilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunmuşdur.
Məqalənin mətnini http://www.albayan.ae/one-world/overseas/2014-04-01-1.2092885 linkindən oxumaq olar.