Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Əl-Fəcr” qəzetində Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib

“Əl-Fəcr” qəzetində Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib

Əbu-Dabi, 25 avqust, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetinin 24 avqust tarixli nömrəsində nəşrin baş redaktoru Şərif Əl-Bəsilin “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva. Müxtəlif sahələrdə hədsiz töhfələr” sərlövhəli məqaləsi (http://www.alfajr-news.net/node/119069) dərc olunub.

Baş redaktor Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın intellektual və mədəni dəyərlərin hökm sürdüyü ailədə dünyaya göz açıb tərbiyə aldığını oxucuların diqqətinə çatdıraraq, valideynləri haqqında qısa məlumat təqdim edib. Yazıb ki, tanınmış Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin nəvəsi olan birinci xanımın atası akademik Arif Paşayev fizika sahəsində görkəmli alimdir və 1996-cı ildən Azərbaycan Milli Aviasiya Akademiyasının rektorudur. Mehriban Əliyevanın anası Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində böyük uğurlar qazanan şərqşünas alim olub.

Sonra Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən söhbət açan müəllif onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələrin, həmçinin fəal parlament fəaliyyətinin istər ölkə daxilində, istərsə də xaricdə böyük rəğbət qazandığını xüsusi vurğulayıb. Birinci xanımın 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyət Fondu və 2004-cü ildən rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən ölkənin mədəni irsinin geniş şəkildə təbliğ edildiyi, ələlxüsus da Heydər Əliyev Fondunun respublikanın daxilində və xaricdə çox önəmli sosial və mədəni layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.

Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətində uşaqlara və yaşlı insanlara qayğının xüsusi yer tutduğunu önə çəkən müəllif onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün mühüm işlər görüldüyünü bildirib, yeni məktəb, xəstəxana binalarının, musiqi tədris müəssisələrinin inşa olunduğunu, Respublika Talassemiya Mərkəzində keçirilən qan donorluğu, habelə ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyalarını, eləcə də xüsusi ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin təşkilini misal çəkib, ahıllara istər tibbi, istərsə də maddi yardım göstərildiyini qeyd edib.

Zəngin milli musiqi irsimizin təbliği ilə bağlı işlərə toxunan baş redaktor ilk növbədə Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin inşasının Azərbaycan muğamına yeni nəfəs gətirdiyini önə çəkib, bu xalq musiqisinin Fondun xətti ilə xarici ölkələrdə təşkil edilən mədəniyyət tədbirlərində xüsusi yer tutduğunu qeyd edib. Həmçinin dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçilərin iştirak etdikləri Beynəlxalq Qəbələ Musiqi Festivalının müntəzəm şəkildə keçirilməsində də Fondun dəstəyi vurğulanıb.

Məqalədə Heydər Əliyev Fondunun mədəniyyətlər arasında əməkdaşlıq və dialoq platformasının qurulmasında fəal iştirakı sayəsində dünya mədəniyyətində, eləcə də qlobal bəşəri dəyərlər, sülh və tolerantlıqda öz izini qoyduğu əks olunub. Diqqətə çatdırılıb ki, Luvr muzeyində İslam incəsənəti bölməsi yaradılıb, Versal sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin şəhər sarayında və digər Avropa şəhərlərində qədim tarixi binalar bərpa edilib. Eyni zamanda, Fondun Vatikanda qədim əlyazmaların bərpasını, eləcə də Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini həyata keçirdiyi qeyd edilib.

Tolerantlıq və sülh dəyərlərinin Heydər Əliyev Fondunun həm daxili, həm də xarici fəaliyyətində başlıca hədəflərdən olduğunu yazan Ş.Əl-Bəsil Azərbaycanda dini tolerantlığın mövcud olduğunu, müxtəlif din mənsublarının sülh içində birgə yaşadıqlarını yazaraq, Mehriban Əliyevanın qlobal səviyyədə dinlərarası dialoqu təşviq edən tədbirlər təşkil etdiyini oxucuların nəzərinə çatdırıb. Müəllif “Azərbaycan – tolerantlıq diyarı” şüarı altında Fondun bir çox məscid və kilsənin inşasına və ya təmirinə dəstək göstərdiyini məqalədə əks etdirib.

Bundan əlavə, məqalədə Heydər Əliyev Fondunun Rusiya, Pakistan və digər ölkələrdə müxtəlif xeyriyyə aksiyaları təşkil etdiyi göstərilib. Pakistanda peyvənd aksiyalarının, açıq ürək əməliyyatlarının keçirildiyi, göz xəstəxanasına və talassemiya mərkəzinə ianələrin təqdim edildiyi, qan donorluğu aksiyalarının təşkil olunduğu misal çəkilib. Həmçinin Fondun Rumıniya, Haiti, Pakistan və dünyanın digər yerlərində baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara yardım əlini uzatdığı diqqətə çatdırılıb.

Bütün bu nəcib əməllərin Mehriban Əliyevaya 2004-cü və 2006-cı illərdə müvafiq olaraq UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri adını qazandırdığını önə çəkən qəzetin baş redaktoru Azərbaycanın birinci xanımının idmana olan qayğısından söhbət açıb. Belə ki, o, Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi dövründə bu idman növündə canlanma və inkişafın müşahidə edilməkdə olduğunu oxucuların nəzərinə çatdıraraq, Bakının müxtəlif mötəbər yarışlara ev sahibliyi etdiyini yazıb.

Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz birinci xanımın sədrlik etdiyi Təşkilat Komitəsinin adı ilə bağlı olduğunu əsas tutan Ş.Əl-Bəsil həmin Oyunların yüksək səviyyədə təşkili sayəsində Mehriban Əliyevaya 2017-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Təşkilat Komitəsinin sədri missiyasının həvalə edilməsinə səbəb olduğunu xüsusilə qeyd edib. Eyni zamanda, Azərbaycanın birinci xanımının “Eurovision” mahnı müsabiqəsi üzrə Təşkilat Komitəsinin rəhbəri olaraq, bu mötəbər musiqi yarışmasının uğurla keçirilməsini təmin etdiyi vurğulanıb.

Məqalənin sonunda qəzetin baş redaktoru çoxşaxəli və yorulmaz fəaliyyətinə verilən yüksək mükafatlardan söhbət açaraq, Mehriban Əliyevanın Fransanın “Şərəf Legionu” ordeninə, Pakistanın ən ali dövlət mükafatı olan “Hilal e Pakistan” ordeninə, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, UNESCO-nun “Qızıl Motsart” medalına, “Qızıl ürək” beynəlxalq mükafata layiq görüldüyünü oxucuların nəzərinə çatdırıb.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib