DÜNYA


Əl baqajı üçün “3D” skanerlərin sınaqları keçirilir

Bakı, 22 iyun, AZƏRTAC

ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi əl baqajlarını üçölçülü skaner texnologiyası vasitəsilə yoxlamağa başlayıb. Bu metodika partlayıcı maddənin daha effektiv aşkarlanmasına kömək edir.

AZƏRTAC “RSUTE” resursuna istinadən xəbər verir ki, söhbət kompüter tomoqrafiyasından gedir. Bu texnologiyadan artıq baqaja təhvil verilən çantaların skan edilməsi üçün istifadə olunur. Hazırda idarə nümayəndələri onu “Phoenix Sky Harbor” Beynəlxalq Aeroportunun nəzarət-buraxılış məntəqələrinin birində əl baqajı ilə işdə sınaqdan keçirirlər.

Məlumata görə, kompüter tomoqrafiya skanerləri daha yaxşı baxış bucağının əldə edilməsi üçün döndərməyə imkan verən üçölçülü təsvir yaradırlar. Bunun sayəsində yoxlamanı aparan şəxslərə şübhəli çantaları seçmək və açmaq hüququ verilir.

Sınaqlar “American Airlines” aviaşirkətinin iştirakı ilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.