CƏMİYYƏT
Əl çantasından narkotik maddə aşkarlanan şəxs saxlanılıb
Bakı, 27 avqust, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Xavər Cahangirova gömrük nəzarətindən keçərkən saxlanılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, X.Cahangirovanın əl çantasından həb şəklində olan 8 ədəd “Metadone-40” adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, “Metadone-40” preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr”in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,32 qram təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]