CƏMİYYƏT


Əl yüklərində gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb

Bakı, 12 dekabr, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından, gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.