MƏDƏNİYYƏT


Əlahiddə Nümunəvi Orkestrin estrada heyətinin konserti maraqla qarşılanıb

Bakı, 7 mart, Flora Şükürova, AZƏRTAC

Martın 7-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, estrada heyəti Əməkdar İncəsənət Xadimi, mayor Rüfət Axundzadənin bədii rəhbərliyi ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Konsertdə “Azərbaycanım”, “Sizə salam gətirmişəm”, “Mehribanım”, “Azərbaycan”, “Pəncərəmə”, “Demirəm”, “İncə belli”, “Can Qarabağ”, “Anamız Azərbaycan”, həmçinin “Gypsy Kings” repertuarından “Bamboleo”, “Shakatak” repertuarından “Invitations” və digər əsərlər təqdim olunub.

Konsert proqramı maraqla qarşılanıb.

Sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin baş dirijoru, general-mayor Yusif Axundzadə 8 Mart- Beynəlxalq Qadınlar Gününün əhəmiyyətindən söz açaraq bildirib ki, hər bir qadının ailədə və cəmiyyətdə öz yeri var və onlara qayğı göstərmək hər birimizin borcudur. Qadınlar həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvləridir.

Sonda bir qrup qadına hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.