REGİONLAR


Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrində əsgərlərlə görüş

Naxçıvan, 23 iyun, AZƏRTAC

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrində əsgərlərlə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxış edərək, əlamətdar gün münasibətilə əsgər və zabitləri təbrik edib.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin, Naxçıvan Dövlət Universitetinin müəllimi Qurban Qurbanlının, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Asəf Orucovun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin şöbə müdiri Nizami Əzizəliyevin çıxışları olub. Çıxış edənlər ölkəmizdə, o cümlədən muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, əsgər və zabitlərimizə ən səmimi arzularını çatdırıblar.

Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblinin solistləri tərəfindən şux mahnılar səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.