İQTİSADİYYAT


Əlcəzair: OPEC neft hasilatını gündəlik 0,7 milyon barreldən çox azalda bilər

A+ A

Bakı, 6 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr Vyana sammitdə neft hasilatını nəzərdə tutulan gündəlik 0,7 milyon barreldən daha çox azalda bilər.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə Əlcəzairin enerji naziri Nurəddin Buterfe məlumat verib. O deyib: “OPEC Vyana yığıncağında bazarı qiymətləndirəcək. Əgər hasilatın nəzərdə tutulan 0,7 milyon barrel azaldılması kifayət etməsə, bu həcmi artıracağıq”.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEC-ə üzv olan ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə gündəlik hasilatın 32,5 milyon barrel səviyyəsinədək saxlanılmasına dair razılıq əldə olunub. Görüşdə neft hasilatının 6 aydan 1 ilədək “dondurulması” müzakirə edilib. Yekun qərar isə OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi toplantısında qəbul olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.