Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Əlcəzair Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan

Hörmətli cənab Prezident, 

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Əlcəzair dövləti, xalqı adından və şəxsən öz adımdan ən səmimi arzularımı çatdırıram. Mən Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində Sizinlə birlikdə çalışmağa hazıram.

Cənab Prezident, icazə verin Sizə ən yüksək hörmət və ehtiramımı bildirim.

Əbdüləziz Buteflika

Əlcəzair Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin