İQTİSADİYYAT


Əlcəzairdə OPEC ölkələrinin qeyri-rəsmi görüşü başlayıb

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Əlcəzairdə OPEC üzvü olan ölkələrin qeyri-rəsmi görüşü başlayıb. Görüşdə dünya neft bazarının sabitləşdirilməsinə dair mümkün tədbirlər müzakirə ediləcək.

Gözlənilir ki, kartelin üzvü olan ölkələrin iclasında neft bazarında əlaqələndirilən fəaliyyət haqqında danışıqlar davam etdiriləcək, o cümlədən hasilat səviyyəsinin dondurulması məsələsi müzakirə olunacaq.

Görüş sentyabrın 27-də işə başlayan Beynəlxalq Energetika Forumu çərçivəsində keçirilir. Forum sessiyalarının çoxu başa çatıb. Bununla belə, Nigeriyanın neft naziri Emmanuel Kaçikvu bildirib ki, danışıqların ilk günündə iştirakçılar neft hasilatının dondurulmasına dair hər hansı razılığa gələ bilməyiblər.

OPEC-in qeyri-rəsmi görüşünədək bir sıra ikitərəfli və çoxtərəfli danışıqlar aparılıb. Bu danışıqlarda kartel üzvləri bazarda birgə fəaliyyətin mümkünlüyü barədə mövqeləri yaxınlaşdırmağa çalışıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.