İQTİSADİYYAT


Əlcəzairdə işinə başlayan Beynəlxalq Enerji Forumunda neft hasilatının “dondurulması”nın müzakirə edilməsi gözlənilir

A+ A

Bakı, 27 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Bu gün Əlcəzairin paytaxtı Əlcəzairdə XVI Beynəlxalq Enerji Forumu öz işinə başlayır. Forum çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan digər böyük neft hasilatçılarının qeyri-rəsmi görüşlərinin keçirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, görüşlərdə neft bazarının hazırkı vəziyyəti və bazarda sabitliyin təmin olunması üçün birgə səylər, tələb-təklif fərqinin qiymətlərə təsiri və hasilatın “dondurulması” kimi məsələlərin müzakirə edilməsi gözlənilir.

Müzakirələrin nəticəsi və ya neft hasilatının “dondurulması” ilə bağlı hər hansı qərar qəbul edilərsə bu, sentyabrın 28-də açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.