İDMAN


Əlcəzairli atletlərdən üzgüçülük yarışında iki qızıl

Bakı, 15 may, G.Mahmudlu, AZƏRTAC

Kişilər arasında 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının qalibi əlcəzairli Oussama Sanhouni olub.

AZƏRTAC xəbər verir ki, türkiyəli Əmrə Hüseyn Sakcı ikinci, indoneziyalı Sıdıq Triadi isə üçüncü yeri tutublar.

Qadınlar arasında 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da Əlcəzair idmançısı qalib gəlib. Nefissa Soad Şerouati qızıl medal qazanıb.

İndoneziyalı Raina Ramdani ikinci yeri tutub. Türkiyəli Ecem Dönməz isə bürünc medala layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.