Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Əldə olunan nəticələr, müəyyənləşdirilən yeni hədəflər muxtar respublikada inkişafın davamlı xarakter aldığını bir daha təsdiqləyir
Ötən ayın ümumi mənzərəsini məhz belə ifadə etmək olar

Əldə olunan nəticələr, müəyyənləşdirilən yeni hədəflər muxtar respublikada inkişafın davamlı xarakter aldığını bir daha təsdiqləyir Ötən ayın ümumi mənzərəsini məhz belə ifadə etmək olar

Naxçıvan, 9 sentyabr, Rauf Əliyev, AZƏRTAC

Qlobal tarazlaşma proseslərinin getdiyi, iqtisadi, siyasi təlatümlərin yaşandığı bir dövrdə sürətli sosial-iqtisadi inkişafı qoruyub saxlamaq, onu davam etdirmək çətin, bəzən mümkünsüzdür. Bu bir reallıqdır ki, hətta inkişaf etmiş bəzi ölkələr də bu təlatümlərin təsiri nəticəsində ciddi maliyyə böhranı ilə üz-üzə qalır, bundan özünü sığortalaya bilmirlər. Bu gün fəxrlə deyə bilərik ki, ulu öndər Heydər Əliyev siyasi xəttinə daim sədaqətli olan Naxçıvan Muxtar Respublikasında bundan daha çətini gerçəkləşdirilməklə inkişafın Naxçıvan modeli yaradılıb. Muxtar respublikamız 24 illik blokada dövrünün son 20 ili ərzində bir sıra ciddi maneələri dəf edərək sosial-iqtisadi yüksəlişə nail olmaqla bərabər, həm də bu proseslərin davamlı xarakter almasını təmin edib. Ötən avqust ayında görülən işlər, əldə olunan nəticələr, müəyyənləşdirilən yeni hədəflər də bu inkişafın davamlı xarakter aldığını bir daha sübut edir.

Avqust ayının mənzərəsinə nəzər yetirdikdə bəzi mühüm məqamlar diqqəti cəlb edir. Ötən ay muxtar respublikada aparılan kompleks quruculuq və abadlıq işlərinin geniş miqyas aldığını gördük. Eyni zamanda tarixi keçmişimizə, Naxçıvanın yetişdirdiyi dəyərli tarixi şəxsiyyətlərə böyük hörmətin, ehtiramın, gələcəyimizi müəyyənləşdirən təhsilə, o cümlədən gənclərimizə daim böyük diqqət göstərildiyinin növbəti dəfə şahidi olduq. Sevindirici haldır ki, muxtar respublikamızda sürətli yüksəliş təmin olunmaqla yanaşı, milli mənəvi dəyərlərimiz də yaşadılır, ordu quruculuğunda, cəmiyyətimizin maariflənməsində xüsusi rol oynayan və nəsillərə nümunə olan şəxsiyyətlər daim xatırlanır, gənclərə nümunə göstərilir, vətənpərvər, çalışqan, öz işini mükəmməl bilən yeni nəslin yetişdirilməsi istiqamətində əsaslı addımlar atılır. Yəni gələcəyə hesablanmış milli inkişaf strategiyası muxtar respublikamızda bütün istiqamətlər üzrə məqsədyönlü şəkildə reallaşdırılır.

Avqust ayında muxtar respublikada həyata keçirilən quruculuq və abadlıq işlərinin müsbət nəticələrini Kəngərli rayonunun timsalında da aydın görmək olar. Ötən dövr ərzində burada müasir rayon mərkəzi üçün tələb olunan bütün layihələr həyata keçirilib, təhsil, mədəniyyət, səhiyyə obyektləri tikilib, idarəetmə orqanları üçün yeni inzibati binalar tikilib. Təkcə 2015-ci ilin ötən dövründə Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və Elektrik Şəbəkəsi üçün yeni binalar istifadəyə verilib. Hazırda Yurdçu kəndində yeni sosial obyektlərin inşası davam etdirilir, kənd yolu abadlaşdırılır.

Bu gün “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Kəngərli rayonunda da uğurla icra olunur. Dövlət proqramına uyğun olaraq, ötən dövrdə rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, rayonun mərkəzi olan Qıvraq qəsəbəsini də müasir yaşayış məntəqəsinə çevirib. Bu tədbirlərin davamı olaraq, avqustun 7-də Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib. Kompleksin tərkibinə ticarət mərkəzi, mağazalar, şadlıq sarayı və digər xidmət obyektləri daxildir. Bir neçə xidmət sahəsini özündə birləşdirən bu kompleksin istifadəyə verilməsi təkcə Qıvraq qəsəbəsinin 6 minədək sakininin deyil, bütövlükdə, rayon əhalisinin rahatlığına xidmət edir. Digər tərəfdən, burada həm də 100-ə yaxın yeni iş yeri açılıb.

Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitin nəticəsidir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Kəngərli rayonunda 12 hüquqi, 391 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Kəngərli nəslinin yetirməsi olan görkəmli hərbi xadim, Azərbaycanda ilk milli atıcı diviziyasının komandiri olmuş Cəmşid Naxçıvanskinin keçdiyi döyüş yolu, hərbi fəaliyyəti gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq edilib, görkəmli sərkərdənin yubileyi silsilə tədbirlərlə qeyd olunub. Avqustun 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar. Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “...Cəmşid Naxçıvanski nəsillərə nümunə olan hərb xadimidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında 2015-ci il 2 aprel tarixli Sərəncamında qeyd olunduğu kimi, “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksəkixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir”.

Cəmşid Naxçıvanski şəxsiyyətinin böyüklüyü ondadır ki, bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməmiş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuş, həyatının məqsədini vətənə xidmətdə görmüşdür”.

Ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq insanlara hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə muxtar respublikada təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilir. Məhz bunun nəticəsidir ki, son 10 ildə Naxçıvan Muxtar Respublikasında 66 min 736 şagird yerlik 165 məktəb binası tikilib və ya yenidən qurulub. Hazırda ümumtəhsil məktəblərində 3 min 700 kompyuter, 600-dən çox elektron lövhə var. Məktəblərdə interaktiv tədris metodlarından istifadə olunur, elektron və distant təhsil tətbiq edilir. Həmçinin müasir təhsil praktikası nəzərə alınaraq elm və ali təhsil müəssisələrinin elmi dərəcəsi olan əməkdaşlarının ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir. Həyata keçirilən bu tədbirlər təhsildə ciddi irəliləyişə səbəb olub, tədrisin keyfiyyəti artıb. Bu il muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 313-ü ali məktəblərə qəbul imtahanlarında 500-700 arasında bal toplayıb. Bir məzun isə ən yüksək nəticə göstərib.

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə keçirilən görüşdə bu məsələyə bir daha diqqət yetirilib. Ali Məclisin Sədri tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək deyib: “O dövlət inkişaf edir ki, onun güclü elmi potensialı var, orada təhsilin inkişafı əsas vəzifələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu zərurəti nəzərə alaraq bildirmişdir ki, “Təbii sərvətlər tükənəcək, elm, bilik isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir”.

Həqiqətən də, təhsilin inkişafı əhalinin rifahının yaxşılaşmasına, həmçinin insanların həyatının daha yüksək səviyyədə qurulmasına zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Ümumilikdə isə yüksək təhsil xalqımızın tərəqqisi üçün vacib amil kimi həmişə diqqət mərkəzində olub.

Muxtar respublikada ali təhsil müəssisələrinə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, məzunlar ixtisas seçimi zamanı Naxçıvanda fəaliyyət göstərən bu müəssisələrə daha çox üstünlük veriblər. 2015-ci ildə 1137 nəfər, yəni qəbul olunanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər.

Bu gün təhsil və təhsil işçilərinə böyük diqqət göstərilir. Vaxtilə nə cəmiyyət, nə də həmin dövrdə mövcud olan dövlət elmin, təhsilin inkişafına birmənalı şəkildə maraq göstərmirdi. Bu məqamda XX əsrin əvvəllərində çox ağır bir şəraitdə bu sahədə böyük fədakarlıqla fəaliyyət göstərən görkəmli pedaqoqlarımızı, maarifçilərimizi bir daha xatırlayırıq. Onlar bütün çətinliklərə sinə gərərək xalqımızın maariflənməsi, dünya arenasında özünəlayiq yer tutması üçün əllərindən gələni əsirgəmirdilər, qarşılaşdıqları ciddi maneələrə, problemlərə baxmayaraq, bu yolda çalışırdılar. Dövlət buna görə onlara maaş verməkdə maraqlı deyildi. Ancaq həmin fədakar insanlar, dəyərli müəllimlər yenə də tutduqları bu müqəddəs yoldan dönmürdülər. Bu il muxtar respublikamızda həmin şəxsiyyətlərdən birinin - maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi geniş tədbirlərlə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən, maarifçi şairin yubileyi ilə əlaqədar təhsil və mədəniyyət müəssisələrində guşələr yaradılıb, yaradıcılığı tədqiq olunub, “Naxçıvan” jurnalının bir nömrəsi Məhəmməd Tağı Sidqinin 160 illiyinə həsr edilib.

Ulu öndər Heydər Əliyev Məhəmməd Tağı Sidqinin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 2014-cü il sentyabrın 17-də imzaladığı Sərəncam Sidqinin həyat və yaradıcılığına verilən yüksək dəyər və qiymətdir. Sərəncama uyğun olaraq, Ordubad şəhərində görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyi üçün yeni bina tikilib.

Avqustun 25-də muzeyin açılış mərasimində Ali Məclisin Sədri Məhəmməd Tağı Sidqi yaradıcılığının böyük bir xəzinə olduğunu bildirərək deyib ki, bu xəzinədən gənclərin yetişməsində məqsədyönlü istifadə etmək təhsil müəssisələrinin və pedaqoji kollektivlərin borcudur.

Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin istifadəyə verilməsi onun zəngin pedaqoji və ədəbi irsinin yaşadılması, bugünkü və gələcək nəsillərə çatdırılması istiqamətində atılan növbəti addımdır. Ev-muzeyi həm də görkəmli maarifçiyə ucaldılan böyük bir abidədir. Bu muzeyin yaradılması ədibin ömür yoluna olan ehtiramın, fəaliyyətinə və yaradıcılığına verilən yüksək dəyərin bariz ifadəsidir. Bu həm də görkəmli şəxsiyyətin bir zamanlar Naxçıvanda təhsilin və milli inkişafın güclənməsi üçün göstərdiyi əvəzsiz xidmətlərə verilən ən layiqli qiymət, onun fədakar müəllim əməyi və fəaliyyətini bu günün və gələcəyin müəllimlərinə təbliğ etmək kimi mühüm əhəmiyyət daşıyır.

Bu gün əminliklə deyə bilərik ki, inkişafın əsasını təşkil edən sabitliyin, ictimai asayişin və təhlükəsizliyin qorunması muxtar respublikada tam təmin edilib. Bu tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm işlər görülür. Avqustun 25-də Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi istifadəyə verilib.

Ali Məclisin Sədri Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin son illər muxtar respublikada istifadəyə verilən üçüncü müayinə mərkəzi olduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edib. Ali Məclisin Sədri deyib ki, bu gün muxtar respublikada cinayətsiz region və hadisəsiz yollar prinsipi reallığa çevrilib. Son illər istifadədə olan yollar müasir səviyyədə qurulub, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılıb. İstismar müddəti başa çatan yararsız avtomobillərin istismardan çıxarılması, muxtar respublikada fəaliyyət göstərən sürücülük məktəblərinin müasir tələblər səviyyəsində qurulması, sürücülərin hərtərəfli hazırlanması, tələbkarlığın və məsuliyyətin artırılması yollarda hadisələrin sayının azalması ilə nəticələnib. Ali Məclisin Sədri xidməti düzgün təşkil etdiklərinə görə kollektivə təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb, binada yaradılan şəraitlə tanış olub.

Kəskin kontinental iqlimə malik olan muxtar respublikamızda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanın bütün yaşayış məntəqələri elektrik enerjisi və təbii qazla tam təchiz olunub. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin balansında olan 7 elektrik stansiyasından 6-sı son 20 ildə istismara verilib. Bu stansiyalar vasitəsilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı ödənilir. Bununla yanaşı, əhalinin sayının artmasına paralel olaraq, məskunlaşma səviyyəsinin də ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə, təbii qaza olan tələbatı artırır. Artan tələbata uyğun olaraq, ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən də istifadə diqqət mərkəzində saxlanılır, muxtar respublikanın relyef və iqlim xüsusiyyətləri nəzərə alınaraq yeni stansiyaların quraşdırılması davam etdirilir. Hazırda Ordubad rayonu ərazisində 36 meqavat gücündə su elektrik stansiyasının, Babək rayonunun Xal-xal kəndi yaxınlığında isə 20 meqavat gücündə Günəş elektrik stansiyasının tikintisi davam etdirilir. Energetika infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılır, mövcud yarımstansiyalarda yenidənqurma işləri aparılır. İstehlakçıların təbii qazla təchizatının daha da yaxşılaşdırılması, yol verilmiş itkilərin minimal həddə saxlanılması istiqamətində işlər davam etdirilir. İstismar müddətini başa vurmuş, qəzalara və qaz sızmalarına səbəb ola biləcək xətlərin dəyişdirilməsi üçün tədbirlər görülür.

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədəki çıxışında bu barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri aidiyyəti qurumlara konkret tapşırıqlar verib. Qeyd olunub ki, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.

Göründüyü kimi, muxtar respublikamızda bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması, qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl iş aparılır. Qızmar yay günündə payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi gələcəyimizin etibarlı əllərdə olduğunu bir daha sübut edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar