İQTİSADİYYAT
Ələkbər Məmmədov: əsas məsələ məcburi vergi yığımından könüllü vergi yığımına keçidin təmin olunmasıdır
Bakı, 3 avqust, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyi beynəlxalq təcrübəyə əsaslanaraq, vergi yükünün azaldılması və vergitutma bazasının genişləndirilməsi istiqamətində işlər aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu il yanvarın 1-dən Vergi Məcəlləsində edilən dəyişiklik əsasında müxtəlif vergitutma bazasının genişləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Əsas məsələ isə məcburi vergi yığımından könüllü vergi yığımına keçidin təmin olunmasıdır.
Problemin aktuallığını vurğulayan Ə.Məmmədov deyib ki, məqsədə çatmaq üçün ölkəmizdə kifayət qədər resurslar mövcuddur.
Qeyd olunub ki, respublikada 9,6 milyon əhalinin 4,5 milyondan çoxu iqtisadi aktiv əhalidir. Eyni zamanda, ölkədə təqribən 2 min 300-ə yaxın vergi orqanının əməkdaşı və 650 mindən artıq vergi ödəyicisi var. Odur ki, Vergilər Nazirliyinin qarşısında duran strateji məqsədlərdən biri də ümumi bəyannamə sisteminə keçiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]