MƏDƏNİYYƏT


Ələkbər Tağıyevin musiqi aləmi “Mənim dünyam” adlı konsert proqramında

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mənim dünyam” adlı konsert proqramında respublikamızın sevilən və populyar sənətkarları - Xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, tanınmış müğənnilər Nazim, Arzu Rzayev, Tacir Şahmalıoğlu, Mirkamil Mirkamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak edəcəklər.

Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edəcək.

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Onun bəstələdiyi mahnıların ilk ifaçılarından biri SSRİ Xalq Artisti Zeynəb Xanlarova olub.

Bəstəkar, Xalq artistləri Məmmədbağır Bağırzadə, Nisə Qasımova və digərləri ilə əməkdaşlıq edib. Ələkbər Tağıyevin mahnıları bu sənətkarların yaradıcılığında xüsusi yer tutub. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

Konsertin biletlərini şəhərin mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.