İDMAN


Aleksandr Lukaşenko: Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır.

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə deyib.

“Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə bu Oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq”, - deyə Aleksandr Lukaşenko bildirib. O, həmçinin deyib ki, Belarusda neçə idman növü üzrə yarışların keçiriləcəyi ilə bağlı qərar qəbul etmək üçün tələsmək lazım deyil: “Mən burada mümkün qədər çox idmançının iştirak etməsinin tərəfdarıyam. Bu, onların bayramıdır”.

Belarusun dövlət başçısı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə ölkəmizin Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirdiyini bildirib. Prezident Aleksandr Lukaşenko deyib: “Oyunların təşkilində Azərbaycanın təcrübəsindən istifadə etmək bizim üçün çox vacibdir. Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, Azərbaycanı ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.