Aleksandr Lukaşenko: İşğal altında olan ərazilər azad edilməlidir
Tbilisi, 23 mart, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, A.Lukaşenko ilə G.Marqvelaşvili arasında keçirilən görüşdə dünyada baş verən hadisələr, təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi, siyasi, humanitar sahələrdə əlaqələrin inkişafı və s. məsələlər müzakirə olunub.
Görüşdə Belarus Prezidenti bildirib ki, işğal altındakı ərazilərdə süni maneələrin yaradılması, inşaat və infrastruktur layihələrin həyata keçirilməsi yolverilməzdir. İşğal altında olan ərazilər azad olunmalı, regionda sülh və təhlükəsizlik bərpa edilməlidir.
Tərəflər regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının, işğal olunmuş ərazilərdən didərgin düşmüş insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini xüsusi qeyd ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]