DÜNYA


Aleksandr Lukaşenko xarici biznesmenləri Belarusda işləməyə dəvət edir, lakin qaydalara riayət etməyə çağırır

A+ A

Minsk, 17 noyabr, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko xarici biznesmenləri Belarusda işləməyə dəvət edir, lakin qaydalara riayət etməyə çağırır. A.Lukaşenko bunu noyabrın 17-də Rusiyanın regional kütləvi informasiya vasitələrinin nümayəndələri ilə söhbətdə deyib.

AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, Belarus dövlətinin başçısı öz mövqeyini belə izah edib: “Bizdə müəyyən şərtlər, müəyyən məhdudiyyətlər var. Hamı başa düşməlidir ki, burada dərəbəylik deyil. Bizim sivil ölkəmiz var və biz bu standartı dəstəkləyəcəyik. Bizim öz maraqlarımız var. Bu maraqlar bizim qonşularımızın - Polşanın, Baltikyanı ölkələrin, Ukraynanın, Rusiyanın maraqlarına əsla zidd deyildir, bunlar məhz bizim maraqlarımızdır. Əgər siz bu qaydalar üzrə işləməyə hazırsınızsa, buyurun gəlin, biz bunu heç kəsdən gizlətmirik”.

Prezident nümunə kimi “Beltransqaz”ın Rusiya tərəfindən alınmasını göstərib: “Mən sizin Prezidentə də, baş nazirə də açıq dedim: nəzərə alın ki, bizim öz kadr siyasətimiz var, bu obyektin rəhbərini siz özünüz təyin etməyəcəksiniz. Şərtləşdik: bir halda ki, həmin rəhbər burada işləyir, o, həm Rusiyanın, həm də Belarusun mənafelərinə riayət etməlidir”.

A.Lukaşenkonun sözlərinə görə, ikinci qayda ondan ibarətdir ki, hər hansı ölkənin Belarus ərazisində olan vətəndaşı incidilməməlidir. Belarus Prezidenti vurğulayıb: “Vergiləri ödə və başqa adamlara dəyib dolaşma. Onda sənin də işinə heç kəs mane olmayacaq. Praktiki olaraq sənin üçün heç bir məhdudiyyət yoxdur”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.