İQTİSADİYYAT
Aleksandr Martınenko: Bu sərgi sayəsində Azərbaycan şirkətləri ilə əlaqələr yaratmağa müvəffəq olduq
Bakı, 12 aprel (AZƏRTAC). Bu sərgi sayəsində Azərbaycan şirkətləri ilə əlaqələr yaratmağa müvəffəq olduq.
Bu sözləri Bakıda keçirilən “CATEF-2013”- birinci Xəzər Beynəlxalq Su Texologiyaları sərgisində “Ekoton” şirkətinin yeni texnologiyalar şöbəsinin rəhbəri Aleksandr Martınenko jurnalistlərə müsahibəsində demişdir.
O bildirmişdir ki, 15 ildən artıqdır ki, fəaliyyət göstərən “Ekoton” şirkətlər qrupu tullantı suların təmizlənməsi sahəsində avadanlıqlar istehsal etməklə yanaşı, mexaniki təmizləmədən tutmuş çöküntülərin mexaniki üsulla təmizlənməsinə qədər avadanlıqların tam çeşidini təklif edir.
Şirkətimiz beynəlxalq müəssisədir və Xarkov (Ukrayna), Belqorod (Rusiya) və Elk (Polşa) şəhərlərində bizim zavodlarımız fəaliyyət göstərir.
“Ekoton” şirkəti Azərbaycanda ilk dəfədir ki, təqdim olunur. Burada öz fəaliyyətimiz üçün geniş perspektivlərin şahidi olduq və qarşılıqlı səmərəli əməkdaşlığa ümid bəsləyirik.