İQTİSADİYYAT


Aleksandr Medvedev: Qətərlə ərəb ölkələri arasındakı böhran qlobal LNG bazarına təsir edəcək

Bakı, 6 iyun, Nihad Budaqov, AZƏRTAC

Qətər ilə bəzi ərəb ölkələri arasında yaşanan böhran qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (liquefied natural qaz-LNG) bazarına təsir edəcək.

AZƏRTAC xəbər verir ki, bunu “Gazprom”un idarə heyətinin sədr müavini Aleksandr Medvedev deyib.

O bildirib ki, Qətər həcm baxımından dünyanın ən mühüm LNG ixracatçılarından biridir: “Qətər ilə bəzi ərəb ölkələri arasında yaşanan böhranla əlaqədar qlobal LNG bazarları mənfi təsir görəcək. Lakin tam fikir bildirmək üçün hələ çox tezdir”.

Qeyd edək ki, 2016-cı ildə dünyada ən çox LNG ixrac edən ölkə isə (77,2 milyon ton) Qətər olub.

Xatırladaq ki, ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər. Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar. Bununla da Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı 6-ya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.