İQTİSADİYYAT


Aleksandr Novak: Neft bazarında tələb-təklif tarazlığı 2017-ci ilin ikinci yarısında təmin ediləcək

A+ A

Bakı, 27 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Neft bazarında tələb-təklif tarazlığı 2017-ci ilin ikinci yarısında təmin olunacaq.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak bu fikirdədir.

“Hər şey tələb, təklif və neft istehlak edən bir çox ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Bütün bunları yaxşı analiz etmək lazımdır. Mənim fikrimcə, gələn ildən bazarda neft tələbi arta bilər. 2017-ci ilin ikinci yarısında isə tələb-təklif tarazlığı bərpa ediləcək”, - deyə A.Novak qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.