İQTİSADİYYAT


Aleksandr Novak: Neft hasilatının azaldılmasına dair qlobal müqavilənin imzalanması üçün hələ ki tezdir

Bakı, 12 iyun, Nihad Budaqov, AZƏRTAC

Neft hasilatının azaldılmasına dair qlobal müqavilə üzrə hər hansı bir qərar vermək üçün hələ ki tezdir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir neft hasilatının azaldılmasına yönəlmiş qlobal müqavilənin nəzərdən keçirilməsinə ehtiyac olmadığını, müqavilənin nəticələri barədə bir qərar vermək üçün çox erkən olduğunu bildirib.

“Neft bazarının 2018-ci ilin ilk rübündə tarazlaşacağını düşünürəm. Bu gün neft təklifi tələbi üstələyir, ancaq qlobal ehtiyatların azalmasını və bazarda tarazlığın yaranmasını gözləyirik. Bunun üçün ehtiyatlar son beş ilin orta göstəricisinə düşməlidir. Bunun gələcək bir neçə rübdə olmasını gözləyirik və 2018-ci ilin ilk rübünün sonuna qədər olması mümkündür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.