İQTİSADİYYAT


Aleksandr Novak: Rusiya, Azərbaycan və İran enerji dəhlizinin yaradılmasını müzakirə edəcək

Bakı, 21 fevral, Nihad Budaqov, AZƏRTAC

Mart ayında Rusiya-Azərbaycan-İran enerji dəhlizinin reallaşdırılmasının gedişi müzakirə olunacaq.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə deyib.

Nazir bildirib ki, bu layihə İranın energetika naziri ilə də müzakirə olunub: “Biz razılığa gəlmişik ki, mütəxəssislərimiz mart ayının ortalarında görüşəcəklər və layihənin həyata keçirilməsini müzakirə edəcəklər”.

Qeyd edək ki, “Şimal-Cənub” enerji dəhlizi ilə elektrik enerjisi Rusiyadan Azərbaycana və ölkəmizdən isə İrana ixrac ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.