İQTİSADİYYAT


Aleksandr Novak: Rusiya Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə tam əməl edib

Bakı, 19 may, Nihad Budaqov, AZƏRTAC 

Rusiya Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə xam neft hasilatının azaldılması üzrə Vyana sazişi çərçivəsində götürdüyü öhdəliyə 100 faiz əməl edib.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, Rusiya götürdüyü öhdəliyi tam yerinə yetirib və sutkalıq hasilatını 300 min barrel azaldıb.

Qeyd edək ki, OPEC-in Monitorinq Komitəsinin növbəti görüşünün mayın 25-də keçirilməsi planlaşdırılır. Həmin görüşdə neft hasilatının azaldılması üzrə müqavilənin müddətinin daha 6 ay və ya daha uzun müddətə uzadılması barədə qərar qəbul edilməsi gözlənilir. İlkin müqavilənin müddəti isə ilin birinci yarısınadək idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.