İQTİSADİYYAT


Aleksandr Novak: üçüncü rübdə neftin qiyməti arta bilər

Bakı, 11 iyul, AZƏRTAC

Üçüncü rübdə dünya bazarında neftə tələbat arta bilər və bu rüb neft bazarı üçün səciyyəvi olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın energetika naziri Aleksandr Novak “CNBC” telekanalına müsahibəsində deyib.

“Ölkələr bazarda artıq məhsuldan qaçmağa çalışır. Bu proses sürətli olmur. Vəziyyəti izləmək, onun necə inkişaf etdiyinə baxmaq lazımdır. Əminik ki, üçüncü rüb səciyyəvi olacaq. Bu dövrdə tələbat artacaq ki, bu da hasilatı sutkada 1,8 milyon barrel azaltmağa imkan verəcək”, - deyə A.Novak qeyd edib.

Nazirin sözlərinə görə, qiymət böhranı hələ ki, aradan qalxmayıb, lakin neft hasilatının azaldılması barədə razılaşma özünü neft bazarında göstərib. “Biz müsbət təsiri görürük. Vəziyyət yarım il bundan əvvəl olduğundan daha yaxşıdır”, - deyə A.Novak vurğulayıb.

OPEC üzvləri neft qiymətlərinin sabitləşməsi məqsədilə Vyanada keçən il noyabrın 30-da neft hasilatını oktyabr səviyyəsindən gündəlik 1,2 milyon barrel azaltmaq barədə razılığa gəliblər. Dekabrın 10-da isə OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaltmaq barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.