MƏDƏNİYYƏT


Aleksandr Revva: Mən səni sevirəm, Bakı

“Jara-2017” festivalının üçüncü gününün iştirakçılarının qırmızı xalı üzərindən ənənəvi keçidi davam edir

Bakı, 29 iyul, AZƏRTAC

Qırımızı xalı üzərindən keçən Aleksandr Revva Azərbaycan dilində bu sözləri səsləndirib: “Mən səni sevirəm, Bakı”.

İnna Malikova isə belə deyib: “Bakıya - bu gözəl şəhərə gəlməyindən məmnunam. Burada çəkdirdiyim fotoşəkilləri instaqramda yerləşdirəcəyəm”.

AZƏRTAC xəbər verir ki, “Jara” festivalının üçüncü günündə iştirak edən estrada ulduzlarının qırmızı xalı üzərindən ənənəvi keçidi davam edir. Onlar jurnalistlərin suallarını cavablandırır, Bakı və festival haqqında təəssüratlarını bölüşürlər.

Qırmızı xalı üzərindən keçiddə Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.

Xatırladaq ki, “Jara”da üçüncü gecə SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovanın yaradıcılığına həsr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.