SİYASƏT


Aleksandr Sergiy: Bakıya məmnuniyyətlə dönə-dönə gələrəm

A+ A

Kiyev, 11 oktyabr, AZƏRTAC

AZƏRTAC-ın xüsusi müxbiri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Ukraynanın “Nova xvilya” xəbər agentliyinin baş redaktoru Aleksandr Sergiy ilə Kiyevdə görüşüb və ondan təəssüratlarını bölüşməyi xahiş edib.

Aleksandr Sergiy bildirib ki, forum siyasi və mədəni həyatın mühüm hadisəsinə çevrildi, çünki bu tədbirdə qaldırılan məsələlər birbaşa bütün bəşəriyyətin yaxın gələcəyinə aiddir. Ukraynalı jurnalist görkəmli siyasətçilər, alimlər və ictimai xadimlərdən ibarət forum iştirakçılarının nüfuzlu tərkibini qeyd edib.

A.Sergiyin sözlərinə görə, Bakı forumu müxtəlif ölkələrdən olan nümayəndələrə “dəyirmi masa” çərçivəsində həm formal, həm də qeyri-rəsmi ünsiyyət kimi gözəl imkan yaratdı. Ukraynalı jurnalist vurğulayıb: “Müxtəlif ölkələrdən olan jurnalistlərlə söhbət mənim üçün xüsusilə maraqlı və faydalı idi”.

Aleksandr Sergiy Beynəlxalq Humanitar Forum kimi böyük tədbirin yüksək səviyyədə təşkil olduğunu xüsusi qeyd edib.

Bakının onda doğurduğu təəssüratlar barədə sualı cavablandıran xəbər agentliyinin baş redaktoru deyib: “Bu mənim Azərbaycan paytaxtına ilk səfərim idi. Şəhər rahat, firavan təəssürat oyadır. Mənə elə gəlirdi ki, burada dəfələrlə olmuşam”.

Ukraynalı jurnalistin sözlərinə görə, Bakıda ənənəvi və müasir memarlığın ahəngdarlıq təşkil etməsi xüsusilə heyrət doğurur. Gözəl botanika bağına bənzəyən Bakı bulvarı, habelə dar küçələri, məscidləri ilə İçərişəhər böyük təəssürat yaradır.

Aleksandr Sergiy sonda deyib: “Bakıya məmnuniyyətlə dönə-dönə gələrəm”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.