DÜNYA


Aleksey Miller:15 ildən sonra dünyada qaz istehlakının həcmi 30 faiz artacaq

A+ A

Moskva, 4 oktyabr, AZƏRTAC 

Dünyada geoloji kəşfiyyat sahəsində fəallıq xeyli azalıb. Bu isə enerji ehtiyatlarının qiymətinin artmasına səbəb olacaq. Bu sözləri Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Peterburq Beynəlxalq Qaz Forumunda söyləyib.

Onun sözlərinə görə, 2016-cı ildə dünyada neft-qaz yataqlarının kəşfi olduqca azalıb. Bu isə dünyada enerji ehtiyatlarının qiymətinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda, dünyada qaz ehtiyatları XIX əsrdə artan ehtiyacları tam ödəməyə imkan verir. A.Miller əlavə edib ki, 15 ildən sonra dünyada qaz istehlakı 30 faiz artacaq. Hazırda isə bu göstərici 3,5 trilyon kubmetr təşkil edir. O, həmçinin qaz bazarının qloballaşdırılması üçün yeni qaz nəqli infrastrukturlarının yaradılmasının vacibliyini vurğulayıb.

“Qazprom”un başçısı hazırda Avropa ölkələri arasında Rusiyadan qaz idxal edən ölkələr arasında Almaniyanın birinci yerdə olduğunu qeyd edərək deyib ki, Çinin qaz istehlakı imkanlarını da nəzərdən qaçırmaq olmaz. O xatırladıb ki, “Qazprom” Çinə ildə 38 milyard kubmetr qaz ixrac edilməsi barədə müqavilə imzalayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.