İDMAN


Alen Prost: Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub

Bakı, 23 iyun, AZƏRTAC 

İyunun 23-də Fransa səfirliyinin təşkilatçılığı ilə Formula-1 yarışlarının dördqat dünya çempionu “Renault Sport” komandasının məsləhətçisi Alen Prostun mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Alen Prost deyib: “Azərbaycan Qran-Prisində iştirak etmək böyük şərəfdir. Bütün məsələlər ən yüksək səviyyədə təşkil edilib və texniki baxımdan şəhər yarışa hazırdır. Eyni zamanda, sevindiricidir ki, Formula-1 yarışının coğrafiyası genişlənir”.

Əfsanəvi pilot Bakı şəhər trekinin konfiqurasiyasını xüsusi vurğulayaraq bildirib: "Trek uzun və mürəkkəb dar döngələrlə çox maraqlıdır. Hesab edirəm ki, bu, təqvimdə ən çətin və ən maraqlı mərhələlərdən olacaq. Trasın mürəkkəbliyi sərbəst yürüşlərdə baş verən qəzalarda da özünü göstərdi. Ümid edirəm ki, növbəti iki gündə pilotlar səhvlərdən qaça biləcəklər".

Prost qeyd edib ki, Konstruktorlar Kubokunda 7-ci yerdə olan "Renault" komandası 5-ci yer uğrunda mübarizə aparmağa çalışacaq. Lakin o, Bakıda bu məqsədə nail olmağın çətin olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.