MƏDƏNİYYƏT
Alessandro Safina: “Jara” festivalına dəvət aldığım üçün çox məmnunam
Bakı, 30 iyul, AZƏRTAC
“Jara” festivalına dəvət aldığım üçün çox məmnunam. Konsert yüksək səviyyədə təşkil olunub.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, məşhur tenor Alessandro Safina deyib.
İki il əvvəl tanınmış arxitektor Zaha Hadidin sənət əsəri olan əsrarəngiz Heydər Əliyev Mərkəzində keçirilən konserti ilə bağlı düşüncələrini bölüşən Safina tamaşaçıların ona olan isti münasibətini, mahnılarının sözlərini bilmələrini məxsusi vurğulayıb: “Yenidən Bakıdan olan tamaşaçılarımla görüşmək istərdim. Bakı şəhəri qədimliklə müasirliyin qovşağıdır. Tarixən şəhərin ticarət yolu üzərində yerləşməsi hələ qədimdən Bakını turistlər, qonaqlar üçün cəlbedici edib. İçərişəhər nadir tarixi məkandır. Bu ornamentlər şəhəri daha da gözəlləşdirir, özünəməxsusluğunu artırır. Bakı dünyada unikal məkanlardan biridir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]