REGİONLAR


Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Uzunluğu 243 kilometr olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu çərçivəsində yeni yolun tikintisi işləri aparılır.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən yeni trass üzrə I dərəcəli, 4 zolaqlı yolun uzunluğu 39 kilometr azalmaqla 203,9 kilometr olması nəzərdə tutulur.

Qeyd olunub ki, hazırda yolun 54,4 kilometr hissəsi, həmçinin Salyan şəhərində Kür çayı və Lənkərançay üzərindəki körpülərin tikintisi artıq başa çatdırılıb. Eyni zamanda 149,5 kilometr yolun tikintisi davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.