İQTİSADİYYAT
“Ələt-dəniz” yatağındakı 54 nömrəli quyu istismara verilib
Bakı, 4 oktyabr, AZƏRTAC
“Ələt-dəniz” yatağındakı 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri uğurla davam etdirir, işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, təmiri istiqamətində mühüm tədbirlər həyata keçirir. “Ələt-dəniz” yatağındakı 9 nömrəli stasionar dəniz özülündə aparılan bərpa işlərindən sonra hidrotexniki qurğuların qəzalı vəziyyətinə görə fəaliyyətsiz fondda olan 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4200-4194 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]