İQTİSADİYYAT
“Alfa Sığorta”nın damazlıq heyvanların sığortalanması üzrə ödənişləri 29 faiz təşkil edib
Bakı, 29 aprel, AZƏRTAC
“Alfa Sığorta” ASC-nin 2016-cı ilin ilk rübündə xaricdən idxal edilən cins damazlıq heyvanların sığortalanması növü üzrə verilən sığorta ödənişləri 29 faiz təşkil edib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, xaricdən idxal edilən cins damazlıq heyvanlarının sığortalanması ilə bağlı sığortalı təşkilat “Aqrolizinq” ASC-dir.
Bildirilib ki, sığorta ödənişlərinin bu növ üzrə faiz dərəcəsinin yüksək olması təbii haldır, çünki “Alfa Sığorta” ASC-nin sığorta portfelinin böyük hissəsini məhz bu sığorta növü təşkil edib. Dövlət vəsaiti hesabına xaricdən idxal olunmuş damazlıq heyvanların güzəştlə lizinq yolu ilə sahibkarlara verilməsində əsas məqsəd, əhalini keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdən və ölkəmizdə sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir.