ELM VƏ TƏHSİL


Ali Attestasiya Komissiyasında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

AAK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ali Attestasiya Komissiyasının sədri vəzifəsini icra edən Vəli Hüseynov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən, Azərbaycan Respublikasının həmin vaxtdan bu günədək şərəfli və möhtəşəm tarixi yol keçməsindən və bugünkü qüdrətli dövlətimizdən danışıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdıb, böyük risklərə sinə gərərək ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürüb, Azərbaycanda davam edən gərginlik və qarşıdurmanı aradan qaldırıb, respublikamızı vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas edib. V.Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi varisi, sədaqətli silahdaşı, Prezident İlham Əliyev öz uğurlu, çevik və uzaqgörən siyasəti ilə müasir dövrün qlobal əhəmiyyətli layihələrini həyata keçirib və respublikamızı dünyanın söz sahibi olan dövlətlərindən birinə çevirib. Eyni zamanda, qeyd olunub ki, Heydər Əliyev Fondunun köməyi ilə böyük əhəmiyyətli işlər görülüb, Ulu Öndər tərəfindən başlanan islahatlar bu gün də respublikamızda uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyub.

Tədbirdə AAK-ın baş elmi katibi Arif Quliyevin və bu qurumun şöbə müdiri Rafail Əhmədlinin Milli Qurtuluş Gününə həsr olunan məruzələri dinlənilib. AAK-ın şöbə müdirləri Gülarə Tağızadə, Arif Ələkbərov, Hüseyn İbrahimov, şöbə müdirlərinin müavinləri Səltənət Tağıyeva və Səadət Zeynalova Milli Qurtuluş Günü ilə bağlı çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaradıb, qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olunub, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikamız dünyanın ən nüfuzlu dövlətlərindən birinə və bəşəriyyət üçün böyük əhəmiyyət daşıyan qlobal məsələlərin həll oluna biləcəyi bir məkana çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.