İDMAN


Ali Can Yılmaz: “Bakı-2017”də qızıl medal qazandığımız üçün çox xoşbəxtik VİDEO

Bakı, 17 may, L.Mustafayeva, P.İmanova, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox sevindirici haldır. Burada özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Oyunların açılış mərasimi isə möhtəşəm oldu. Yüksək səviyyədə qarşılanmaya görə komandamız adından qardaş ölkə Azərbaycana minnətdarlığımızı bildiririk.

Bu sözləri AZƏRTAC-a müsahibəsində su polosu üzrə Türkiyə millisinin kapitanı Ali Can Yılmaz bildirib.

“Finalda İranla qarşılaşmağımız çox maraqlı idi. Oyunun gərgin keçməsinə və komandamızın üzvlərinin yaşca rəqiblərimizdən kiçik olmasına baxmayaraq qalib gələ bildik. Oyun tamaşaçılar tərəfindən də çox maraqla izlənildi. Bunu azarkeşlərin alqış sədalarından hiss edə bilirdik. “Bakı-2017”də qızıl medal qazandığımız üçün çox xoşbəxtik”, - deyə A.C.Yılmaz əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.