Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz

Əli Həsənov: Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz Avropada mövcud durumun səbəblərini ciddi araşdırmaq əvəzinə günahı gənc demokratiyaların üzərinə atmağa çalışmaq çox bəsit və vəziyyəti daha da mürəkkəbləşdirən yanaşmadır

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AZƏRTAC-a müsahibəsi

- Əli müəllim, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın “The Guardian” nəşrində dərc olunmuş məqaləsində Azərbaycanda insan hüquqlarının vəziyyəti, məhkəmə sistemi tənqid olunmuş, eyni zamanda, Azərbaycan Prezidentinin son əfv Sərəncamı, məhbusların məsələləri ilə bağlı İşçi Qrupunun yaradılması və digər addımlar bu problemlərin həll olunacağına müəyyən ümidlər yaratdığı vurğulanıb. T.Yaqlandın mövqeyinə münasibətinizi bilmək maraqlı olardı.

- Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz. İstər demokratik cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, istərsə də məhkəmə-hüquq sistemində demokratik islahatların həyata keçirilməsi baxımından Azərbaycan Avropa Şurasına üzv dövlətlərin heç birindən geri qalmır. Beynəlxalq standartlara uyğunlaşdırılmış Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyətinin davamlı inkişafına, söz və məlumat, sərbəst toplaşmaq azadlığına, insan hüquqlarının səmərəli müdafiəsinə tam təminat verir. Bildiyiniz kimi, Azərbaycanda üçpilləli məhkəmə sistemi mövcuddur, ölkəmiz Avropa Şurasının üzvü kimi İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxildir. Dünya təcrübəsinə nəzər salsaq, aydın görə bilərik ki, indiki zamanda bu, insan hüquqlarının müdafiəsini təmin edən ən mükəmməl mexanizmdir.

Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir. Biz Avropa Şurasını xarici əlaqələrimizi inkişaf etdirmək, üzv dövlətlərlə səmərəli əməkdaşlıq yolu ilə mövcud potensialımızı daha da gücləndirmək, formalaşmış beynəlxalq münasibətlər sisteminin möhkəmlənməsinə töhfəmizi vermək, ümumavropa proseslərinin fəal iştirakçısı olmaq, həmçinin milli maraqlarımızı müdafiə etmək və haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində platforma, tribuna kimi qiymətləndiririk. Haqlı olaraq həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyirik.

Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Qondarma “siyasi məhbus” məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır. Hesab edirəm ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən antiazərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir.

Xatırlatmaq istərdim ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər. Buna görə də, müəyyən maraqlara hesablanmış bəyanatlar, açıqlamalar, müsahibələr, habelə müxtəlif təsir və təzyiq metodları, ilk növbədə, hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, hər hansısa bir ölkənin İnsan Haqları üzrə Avropa Məhkəməsindən çıxmaq təşəbbüsünün qarşısını almaq üçün bu prosesə heç bir aidiyyəti olmayan digər bir ölkəyə hücum təşkil etmək, bunun üçün qondarma səbəblər göstərmək cəhdini sağlam məntiqlə izah etmək mümkün deyil. Cənab Yaqlanda məsləhət görərdik ki, Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəməsi problemini ya Avropa Məhkəməsində, ya da Böyük Britaniyanın özündə axtarsın.

Görünür, kənar qüvvələrin təzyiqi altında ayrı-ayrı üzvlərə təşkil olunan əsassız hücumlar, bütün çərçivələri aşan ikili standartlar, qərəzli iddialar Böyük Britaniya kimi demokratik ənənəyə malik bir ölkənin də Avropa Şurasına və Avropa Məhkəməsinə etimadını azaldıb ki, o, belə radikal addım atmaq niyyətini ortaya qoyub.

Cənab Yaqland haqlı şəkildə bildirir ki, Avropada milli azlıqların hüquqlarının, ifadə azadlığının və məhkəmə sisteminin eroziyası müşahidə olunur. Həqiqətən də, Azərbaycan bir çox Avropa ölkələri ilə müqayisədə milli, dini və insan hüquqlarının müdafiəsi baxımından kifayət qədər tolerant ölkədir və bir növ model rolunda çıxış edə bilər. Hesab edirəm ki, Avropada mövcud durumun səbəblərini ciddi araşdırmaq əvəzinə günahı gənc demokratiyaların üzərinə atmağa çalışmaq çox bəsit və vəziyyəti daha da mürəkkəbləşdirən yanaşmadır. Cənab Yaqlandı bu problem üzərində daha dərindən düşünməyə dəvət edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb

“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY

Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib