Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Azərbaycan dövləti gəncliyin inkişafı ilə bağlı mükəmməl proqrama malikdir

Bakı, 22 dekabr, Məmməd İsayev, AZƏRTAC

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda “Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətindən, həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb. Qeyd olunub ki, 2011-ci il dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Gənclər Fondu yaradılıb. Üç il ərzində Fond tərəfindən 6 qrant müsabiqəsi keçirilib. Fond elektron müraciət sistemi yaratmaqla gənclərin bu qurumla əməkdaşlığını daha da asanlaşdırıb. Müsabiqələr çərçivəsində icra edilmiş və qalib olmuş layihələr bütün bölgələri əhatə edir. Gənclər, həmçinin xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara və digər tədbirlərə qatılmaq imkanı qazanıblar.

Fond ölkəmizdə ilk dəfə olaraq layihələrin internet vasitəsilə qəbuluna başlayıb. Nəticədə ilk qrant müsabiqəsinə 165 layihə daxil olmuşdusa, sonuncu - 6-cı müsabiqəyə 1249 layihə təqdim edilib. Fond gələcəkdə müxtəlif telekanallarda intellektual, gənclik və idman, ixtiraçılığın inkişafına dəstək layihələri də həyata keçirəcək. Hazırda Fondda 304 gənclər təşkilatı və 3842 gənc qeydiyyatdan keçib.

Milli Məclisin deputatı Hadı Rəcəbli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Fondun Müşahidə Şurasının üzvü Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və başqaları çıxış edərək Fondun həyata keçirdiyi layihələrin bütün regionları əhatə etməsini təqdirəlayiq hal kimi dəyərləndiriblər. Ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirilməsindən, bu istiqamətdə müxtəlif dövlət proqramlarının həyata keçirilməsindən, gənclərin yaradılan şəraitdən yetərincə faydalanmalarının vacibliyindən bəhs ediblər. Gənclər Fondunun dəstəyi ilə təxminən iki minə yaxın layihənin icra olunduğunu deyən natiqlər təşkilatın gənclər arasında etimad qazandığını bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Fondun ötən üç ildə kifayət qədər səmərəli fəaliyyət göstərdiyini qeyd edərək deyib ki, bu fəaliyyət praktiki nəticələrini göstərməkdədir. Hər bir fəaliyyətin səmərəsi onun ictimai mahiyyəti, dövlətin, xalqın ictimai-siyasi, sosial maraqlarına xidmət etməsi ilə ölçülür. Bu baxımdan tədbirdə təqdim olunan layihə nümunələri, Fondun rəhbərliyinin hesabatı, ötən 3 il ərzində 1865 layihənin dəyərləndirilməsi, onlara ciddi vəsaitin ayrılması, müraciətlərin intensiv şəkildə artması, tematikasının genişlənməsi, gənclərin bütün təbəqələrini əhatə etməsi görülən işin üstünlüyündən, ictimai dəyərindən xəbər verir.

Əli Həsənov bildirib ki, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində müstəqil dövlətini qurmağa və möhkəmləndirməyə nail olub. Azərbaycan bu gün beynəlxalq aləmdə layiqincə təmsil olunur, hətta bir sıra mötəbər qurumlara rəhbərliyi həyata keçirir. Dünya dövlətləri sırasındakı yerini özünün müstəqil xarici siyasəti, uğurlu neft strategiyası ilə möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı dünyanın öndə gedən iqtisadiyyatlardan biridir, onun sosial siyasəti bu gün dünyaya örnəkdir. Bunun nəticəsi olaraq Azərbaycanda tolerantlıq mühiti hökm sürür, multikulturalizm ənənələri zənginləşir. Bizim ən dəyərli sərvətimiz Azərbaycan dövləti və onun varlığıdır.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Azərbaycanda qürur duyduğumuz Milli Ordu formalaşıb. Əgər sülh danışıqları nəticə verməsə, bu ordu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Əli Həsənov bildirib ki, qürur duyduğumuz digər bir məsələ də məhz Azərbaycanda formalaşdırılan, təməlində sağlam prinsiplər dayanan gənclər siyasətidir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Gənclər siyasətinin təməlində duran prinsiplərə aydınlıq gətirən Ə.Həsənov deyib: Azərbaycan gənci ilk növbədə milli köklərə bağlı olmalıdır. Əgər gənclərimiz dövlətinə, xalqının mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxa, onları qoruya, inkişaf etdirib gələcək nəsillərə çatdıra bilirsə, bu xalqın gələcəyi var. Bu hədəflərə çatmaq üçün gənclər təhsilli, fiziki cəhətdən sağlam, informasiyalı, innovativ, kreativ olmalıdırlar. Təkcə istək azdır, gənclik istədiyini həyata keçirməyi bacarmalıdır. Azərbaycan əhalisinin təxminən 65 faizini gənclər təşkil edir. Dövlət siyasi, iqtisadi, mənəvi və digər resursları gənclərin inkişafına yönəltməklə, gənclər siyasətini məqsədyönlü şəkildə formalaşdırıb həyata keçirməklə, gələcək üçün etibarlı bünövrə yaradır. Dövlətin, xalqın öz gələcəyinə əminliyi məhz gəncliyə bağlıdır.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycanda gənclər siyasətinin təməl prinsipləri düzgün müəyyənləşdirilib, dövlət bu sahədə mükəmməl proqrama malikdir. Bu siyasətin üstünlüklərindən biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, biz həyata keçirmək istədiyimiz siyasəti elmi-praktiki cəhətdən əsaslandırırıq, onu dövlət proqramlarında sistemləşdirir və reallaşdırırıq. Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurunu təmin edən əsas amil bu siyasətin xalqın maraqlarına söykənməsidir. Elə buna görə də Azərbaycan xalqı onu dəstəkləyir.

Gənclər Fondunun fəaliyyəti barədə danışan Əli Həsənov qeyd edib ki, diqqət çəkən mühüm məqam onun gördüyü işlərin şəffaflığıdır. Müşahidə Şurası da öz işini şəffaf şəkildə həyata keçirir. Ümumiyyətlə Prezident yanında yaradılan fondların hamısında belə şəffaf, praktiki proseslər gedir. Bu siyasətin formalaşmasında gənclər və media yaxından iştirak edir.

Ə.Həsənov çıxışını tədbir iştirakçılarına müraciətlə tamamlayıb: “Qarşıda bizi çox mühüm hadisələr, inkişaf gözləyir. Bu inkişafda bizim söykəndiyimiz əsas dayaq siz gənclərsiniz”.

Tədbirdə Fondun dəstəyi ilə müxtəlif təşkilatların və gənclərin həyata keçirdiyi layihələrdən bəhs edən videoçarxlar nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib