Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Həsənov: Azərbaycan istəyir ki, onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşılsın

Əli Həsənov: Azərbaycan istəyir ki, onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşılsın

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Bloomberg” agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. 

- Hörmətli Əli müəllim, Azərbaycan-ABŞ münasibətlərində son zamanlar yaranmış gərginliyi nə ilə izah edərdiniz? Kimdir günahkar (əgər belə demək mümkündürsə)?

- Azərbaycan Respublikasının xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Azərbaycan bütün ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq və artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Tarixə nəzər salaraq, əminliklə qeyd edə bilərik ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafında bu və ya digər qlobal geosiyasi, geoiqtisadi və hərbi-geostrateji məsələlərə yanaşmada, Xəzərin alternativ enerji resurslarının dövriyyəyə buraxılması və üçüncü minillikdə Qərbin enerji təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə üst-üstə düşən mövqelər böyük rol oynayıb. Məhz Azərbaycan Xəzər regionunu Qərbin üzünə açıb, ABŞ və Avropanın nəhəng neft şirkətlərinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatı və ixracında iştirakını təmin edib. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub, Kosovo, İraq və Əfqanıstan kimi qaynar nöqtələrdə bu qurumun sülhyaratma missiyasında fəal iştirak edib. Prezident Heydər Əliyev 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktına çevik reaksiya verən, bu aktı birmənalı pisləyən ilk dünya prezidentlərindən biri olub və öz ölkəsinin münasibətini ortaya qoyub. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən modern müsəlman ölkəsi kimi Qərb institutları ilə daim yaxından əməkdaşlıq edib, Avropa Şurasına daxil olub, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulub, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına, insan hüquq və azadlıqlarının təmin olunmasına hərtərəfli dövlət dəstəyi göstərib. Məntiqlə yanaşsaq, hesab etmək olar ki, bütün bunlar ABŞ-Azərbaycan əlaqələrini sonrakı dövrdə də hər iki xalqın və dövlətin maraqları nəzərə alınmaqla, qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməlidir.

Ancaq təəssüf ki, son illər ABŞ-ın bəzi dairələri, xüsusən bir sıra qeyri-hökumət təşkilatları, media və ayrı-ayrı “ekspertlər” Azərbaycana qarşı qeyri-sağlam, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olan “qara piar” kampaniyası həyata keçirirlər. Bu kampaniyanın məntiqini, məqsədini, hədəflərini anlamaq və izah etmək çətin olsa da, onun ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyi aydın görünür. Üstəlik, ABŞ Dövlət Departamentindəki bəzi məmurlar da hərdən anlaşılmaz açıqlamalar verərək, Azərbaycan ictimaiyyətini çaşdırır və müvafiq olaraq iki ölkə arasındakı konstruktiv münasibətlərə xələl gətirirlər.

- Razısınızmı ki, münasibətlər heç vaxt indiki kimi gərgin olmayıb?

- Düşünmürəm ki, ABŞ-ın bəzi keçmiş uğursuz məmurlarının hazırda “ekspert” qismində tez-tez ona-buna, o cümlədən beynəlxalq hüququn subyekti olan müstəqil dövlətlərə ağıl öyrətməyə çalışması, yaxud bu və ya digər hüquqa zidd çağırışlar etməsi, müvafiq olaraq qarşı tərəfin də onlara adekvat cavab verməsi iki ölkə arasındakı dərin tərəfdaşlıq münasibətlərini gərginləşdirmək gücündədir. Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək. Odur ki, bu tipli bədbin yanaşma ilə ABŞ-Azərbaycan dövlətlərarası münasibətlərini xarakterizə etmək yanlışdır.

- Azərbaycan hökumətinin ABŞ-dan əsas gözləntiləri nədir? Narazılıq yaradan əsas səbəblər hansılardır?

- ABŞ dünyanın ən nəhəng dövlətidir, qlobal proseslərə ciddi təsir imkanlarına malikdir, Azərbaycan isə keçən 23 ildə uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev istəyir ki, bütün dünya ölkələri onun ölkəsinin milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşsınlar. Belə münasibəti Azərbaycan ilk növbədə qlobal dünya siyasətini formalaşdıran BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən - ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdən, habelə İran, Türkiyə və s. kimi qonşu və tərəfdaş dövlətlərdən gözləyir. Çünki bizim ölkənin özü bütün dünya dövlətlərinə, onların milli maraqlarına və müstəqil iradəsinə məhz bu səpgidən yanaşır. Azərbaycan istəyir ki, onu istədikləri kimi deyil, olduğu kimi qəbul etsinlər. Ona görə də bəzi dairələr başa düşməlidir ki, Azərbaycan müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutub, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etməyib və gələcəkdə də etməyəcək. İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, ölkəmizlə bir o qədər yaxın dost ola bilərlər.

- Doğrudanmı siz düşünürsünüz ki, ABŞ hökuməti Azərbaycanda hakimiyyət dəyişikliyi istəyir və ya özünün “beşinci kolonu” vasitəsilə buna nail olmağa çalışır?

- Təəssüf ki, müasir dövrdə bəzi beynəlxalq qüvvələr demokratiya prinsiplərinin təşviqi adı altında hansısa “siyasət laboratoriyaları”nda hazırlanmış standart proqramlarla müstəqil dövlətlərin daxili işlərinə müdaxilələr edir, bu ölkələrin rəsmi dövlət siyasətini və ictimai prosesləri nəzarətə götürməyə, belə demək mümkünsə, yönəltməyə, idarə etməyə çalışırlar. Bir müddət bundan əvvəl Şərqi Avropada tətbiq olunan bu ssenari sonrakı mərhələdə postsovet məkanını və Yaxın Şərqi əhatə edib. Nəticələr heç də hər yerdə eyni dərəcədə “ürəkaçan” olmayıb. Belə müdaxilələr bir çox ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına, iqtisadi tənəzzülə, sosial kataklizmlərə yol açıb. Bəzi faktlar analoji ssenarinin Azərbaycanda da həyata keçirilməsi üçün müəyyən planların qurulduğu fikrinə gəlməyə əsas yaradır. Bununla yanaşı, mən belə cəhdləri birbaşa ABŞ Prezidenti və onun Administrasiyası ilə əlaqələndirmək istəməzdim. Çünki istər Prezident Barak Obama, istərsə də ABŞ-ın digər yüksək səviyyəli rəsmi şəxsləri müxtəlif vaxtlarda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiklərini və bu məqsədlə Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevlə, onun rəhbərlik etdiyi iqtidarla işləmək arzusunda olduqlarını ifadə ediblər. Biz bu fikirlərin səmimiliyinə inanırıq...

- ABŞ-ın “Sülh Korpusu” bu ildən Azərbaycanı tərk etdi. “Azadlıq” radiosunun Bakı ofisinin qapısı möhürləndi. ABŞ-ın maliyyələşdirdiyi Media Forum saytı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bütün bunları, bəzilərinin dediyi kimi, “anti-Amerikan siyasəti”nin nəticəsi saymaq olarmı?

- Təəssüf ki, media bir çox hallarda “bəzilərinin” süni şəkildə siyasiləşdirilmiş, qeyri-obyektiv və qərəzli iddialarına həddən artıq böyük önəm verir və onun əsasında da ümumi tendensiyaları müəyyənləşdirməyə çalışır. Azərbaycanın Baş Prokurorluğunun məlumatında göstərilib ki, “Azadlıq” radiosunun Bakı ofisinin maliyyə fəaliyyəti şəffaf deyil. Buna görə də prokurorluqda “radio vasitəsilə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və yuyulması şübhəsi” yaranıb. Bunun üçün prokurorluq müvafiq araşdırma aparıb və əməkdaşların sorğulanmasını həyata keçirib.

O ki qaldı Media Forum saytının fəaliyyətinə, bunun nə dövlətlə, nə də hansısa dövlət orqanı ilə heç bir əlaqəsi yoxdur. Belə xəbər portallarının sayı Azərbaycanda yüzlərlədir.

“Sülh Korpusu”na gəldikdə, qeyd etmək istəyirəm ki, bu qurum 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərib və düşünürük ki, öz missiyasını yerinə yetirib. Hesab edirik ki, bundan sonrakı dövrdə bizdə “Sülh Korpusu”nun belə fəaliyyətinə ciddi ehtiyac qalmayıb. Azərbaycan hökuməti həm də hesab edir ki, ABŞ kimi fövqəldövlətin başını belə xırda məsələlərlə məşğul etmək olmaz. Bu dövlətin qlobal səviyyədə məşğul olacağı çoxsaylı transmilli problemlər, beynəlxalq və regional konfliktlər və s. məsələlər olduğu halda, onun diqqətini “Sülh Korpusu” kimi lokal məşğuliyyətlə məhdudlaşdırmaq düzgün deyil.

- “Azadlıq” radiosunun Bakı ofisi öz fəaliyyətini davam etdirə biləcəkmi?

- Azərbaycanda xarici KİV-lərin nümayəndəlikləri və ya əməkdaşları öz nizamnamələri, Azərbaycan qanunları və akkreditasiya qaydaları əsasında fəaliyyət göstərirlər. Müvafiq dövlət orqanları bu sahədə qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət funksiyasını həyata keçirir və əgər pozuntu halları müşahidə olunursa, hüquqi ölçü götürürlər. Bu, onların birbaşa vəzifəsidir. “Azadlıq” radiosunun Azərbaycanda yerli tezliyi mövcud deyildi və internet radiosu kimi fəaliyyət göstərirdi. Radio öz nizamnaməsinə uyğun olaraq internet müstəvisində fəaliyyətini indiyə qədər davam etdirdiyi kimi, hazırda da davam etdirir və bundan sonra da yəqin ki, etdirəcəkdir. Sadəcə, Azərbaycanda akkreditasiyadan keçmək və yerli ofis açmaq üçün dövlətin qayda-qanununa əməl etmək tələb olunur. Təbii ki, burada “Azadlıq” radiosunun qanunlar çərçivəsində işləyib-işləməməsinə dair istintaq araşdırmasının nəticəsi də öz rolunu oynayacaq.

- ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, dövlət katibi Con Kerri dekabrın 21-də Prezident İlham Əliyevə zəng edib. Bu telefon danışığının detalları haqda mətbuata heç nə deyilməyib. Con Kerri Prezident İlham Əliyevə nə üçün zəng etmişdi? Maraqlıdır ki, bu telefon danışığından beş gün sonra “Azadlıq” radiosunun Bakı ofisi qapadıldı.

- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında, fikrimcə, ilk növbədə ikitərəfli münasibətlər, ümumi maraq kəsb edən aktual məsələlər müzakirə olunub. Qeyd edim ki, belə təmaslar Azərbaycan və ABŞ rəhbərləri arasında həmişə olub və cənab Kerrinin telefon zəngi də bu baxımdan istisna xarakter daşımır və hüquq mühafizə orqanlarının “Azadlıq” radiosunun Bakı ofisində həyata keçirdiyi axtarışla heç bir əlaqəsi yoxdur.

- ABŞ-la münasibətlərin pisləşməsi fonunda Rusiya ilə əlaqələr inkişaf edir. Demək olarmı ki, Azərbaycan artıq öz strateji seçimini edib və indi Rusiyanın yanındadır?

- Artıq qeyd etdiyim kimi, Azərbaycan öz xarici siyasətini hansısa dövlətlərin, güc mərkəzlərinin maraqları üzərində deyil, öz milli maraqları çərçivəsində, öz milli iradəsinə uyğun həyata keçirir. Hansısa dövlətlə dost olmaq üçün digəri ilə düşmən olmaq və ya əksinə, Azərbaycana xas olan xüsusiyyət deyil. İşğalçı Ermənistan rəhbərlərindən fərqli olaraq, Prezident İlham Əliyev həmişə müstəqil siyasət yürüdüb və yürütməkdə də davam edir. Azərbaycanın ABŞ, Rusiya, İran, Avropanın əksər önəmli ölkələri və ya digər dövlətlərlə əlaqələri onun milli maraqlarına əsasən qurulur və ardıcıl olaraq da həyata keçirilir. Azərbaycan bütün dünya və region ölkələri, o cümlədən həm ABŞ, həm də Rusiya ilə ənənəvi əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qorunub saxlanmasında maraqlıdır. Bu siyasət heç bir halda digər ölkələrə qarşı yönəlməyib.

- Heç kimə sirr deyil ki, Ermənistan məhz Rusiyanın hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib və bu işğalı davam etdirməkdədir. Rusiya ilə yaxınlaşma Azərbaycana öz torpaqlarını geri qaytarmağa kömək edəcəkmi?

- Azərbaycan 20 ildən artıqdır ki, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, son iki yüz ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti törədildiyini, bizə məxsus milli mədəni abidələrin məhv edildiyini bütün dünyaya bəyan edir və beynəlxalq qurumları, dünyada söz sahibi olan fövqəldövlətləri bu problemin beynəlxalq hüquq normaları, BMT-nin məlum 4 qətnaməsi əsasında həllinə yardım göstərməyə çağırır. Ancaq hər dəfə ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu problemin konstruktiv həllini tərəflərin üzərinə ataraq işğalın ömrünü uzadır. BMT-nin sanksiyaları, yaxud adı keçən böyük ölkələrin iradəsi əsasında İraq, Liviya və digər ölkələr dərhal havadan bombardman edilir, Ukraynada olduğu kimi separatçı rejimlərə qarşı sanksiyalar tətbiq olunur, amma işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminə qarşı heç bir təsirli beynəlxalq tədbir görülmür. Əksinə, bu rejimə çox vaxt himayədarlıq edilir. Məgər ABŞ hökuməti Dağlıq Qarabağdakı separatçı rejimə hər il 10 milyon dollar vəsait ayırmır? Yaxud separatçıların ABŞ və Avropa ölkələrindəki “nümayəndəliyinin” fəaliyyətinə şərait yaradılmır? Nəyə görə bu rejimin başçılarının ABŞ-da, Fransada marafon keçirib pul yığmasına mane olmurlar? Bəli, bütün bunlar dünyada ikili standartların, ayrı-seçkiliyin, ədalətsizliyin bariz nümunələridir. Kimlərsə silahla, kimlərsə də maliyyə yardımı və susqunluqları ilə işğalçılara və separatçılara dəstək göstərir, bu isə, təbii ki, beynəlxalq hüququn iflic olmasına birbaşa dəstəkdir. Bu anlamda, hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli BMT və onun Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin birbaşa öhdəliyi və vəzifəsidir. Bu problem ABŞ, Rusiya və Fransanın ümumi səyləri nəticəsində həll oluna bilər və həll olunmalıdır. Biz bütün həmsədr dövlətlərlə münasibətlərin inkişafında maraqlıyıq.

- Sonda ABŞ-Azərbaycan münasibətlərinin perspektivini necə qiymətləndirərdiniz?

- Yalnız müsbət. Ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Əminik ki, ABŞ və Avropadakı bəzi dairələrin iki ölkə arasındakı münasibətləri pozmaq cəhdləri heç bir nəticə verməyəcək. Düşünürük ki, onların sözçüsü rolunda çıxış edərək reallıq hissini itirmiş Dövlət Departamentinin sabiq əməkdaşlarının, keçmiş səfirlərin və “ekspertlərin” Azərbaycana qarşı qərəzli bəyanatları Amerikanın həm rəsmi dairələri, həm də ictimaiyyəti tərəfindən ciddi qarşılanmır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dağıstanda silahlı hücumlar nəticəsində 9 nəfər ölüb, yaralılar var YENİLƏNİB-3 VİDEO

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri ötüb

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Bakı Slavyan Universitetinin məzun günü keçirilib

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib

Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

NBC: Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər

Göyçayda kafe yanıb

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Honkonq və Sinqapur əcnəbilərin yaşamaları üçün ən bahalı şəhərlərdir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb VİDEO

Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti Forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

® Nurlana Miabi: Kosmetologiyada 2024-cü ilin trendi təbii gözəllikdir

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər VİDEO

Qazaxıstanda deltaplan qəzaya uğrayıb, bir nəfər həlak olub