CƏMİYYƏT


Əli Məmmədov: Xoşbəxtəm ki, Fransız-Azərbaycan Universitetinə qəbul olunmuşam

A+ A

Bakı, 20 avqust, İbrahim Əsədov, AZƏRTAC 

Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul edildiyim üçün xoşbəxtəm. Mən 2016-2017-ci tədris ilində fəaliyyətə başlayacaq bu ali məktəbin ilk tələbələrindən biri olacağam.

Bu sözləri Fransız-Azərbaycan Universitetinə keçirilən ilk qəbul imtahanlarında uğur qazanaraq həmin təhsil müəssisəsinə qəbul olunan Əli Məmmədov AZƏRTAC-a müsahibəsində söyləyib.

Ə.Məmmədov Bakıdakı 251 nömrəli tam orta məktəbin builki məzunudur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə birinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 644 bal toplayıb. UFAZ-a keçirilən qəbul imtahanında da uğurlu nəticə əldə edib.

O deyir: “Mən UFAZ-da kompyuter elmləri ixtisası üzrə təhsil alacağam. Arzum yüksək ixtisaslı mütəxəssis olmaqdır”.

UFAZ-ı bitirən tələbələr həm Fransanın Strasburq Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu alacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.