İDMAN


Ali Pıroskhan: Finalda qızıl medal qazanacağımıza inanıram VİDEO

Bakı, 17 may, L.Mustafayeva, P.İmanova, AZƏRTAC

Bu gün İndoneziya komandası ilə qarşılaşdıq. Gərgin mübarizə şəraitində keçən oyunda rəqib komandanı 15:7 hesabı ilə məğlub edə bildik.

Bunu AZƏRTAC-a müsahibəsində mayın 16-da su polosu yarışının ilk oyununda İndoneziya komandasına qalib gələn İran millisinin kapitanı Ali Pıroskhan söyləyib.

Türkiyə millisinin çox güclü olduğunu deyən iranlı idmançı finalda rəqiblərinə qalib gələcəklərinə əminliyini ifadə edib. O deyib: "Türkiyə yığması bundan əvvəlki qarşılaşmalarda gözəl oyun nümayiş etdirərək iki dəfə qalib olub. Sabah final oyunu keçiriləcək. Rəqibimiz olduqca təcrübəlidir. Buna baxmayaraq yarışda qızıl medal qazanacağımıza inanıram".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.