ELM VƏ TƏHSİL


Ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlər UNEC-də

Bakı, 23 may, AZƏRTAC

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin və akademik Zərifə Əliyeva adına liseyin Dövlət İmtahan Mərkəzinin ikinci ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 600-dən yüksək bal toplayan məzunları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlərə UNEC haqqında məlumat verilib. Qeyd olunub ki, universitetin Beynəlxalq İqtisadiyyat Məktəbində interaktiv metodlarla təşkil olunan dərsləri dünyanın aparıcı universitetlərinin məzunları tədris edirlər. Burada dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili həyata keçirilir. Tələbələr beynəlxalq mübadilə proqramlarında da iştirak edə bilirlər.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev abituriyentləri maraqlandıran sualları cavablandırıb.

Abituriyentlər Beynəlxalq İqtisadiyyat Məktəbinin dərs cədvəli ilə tanış olub, ixtisas seçimindən öncə dərslərdə iştirak etmək istədiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.