REGİONLAR


Ali məktəblərə yüksək balla daxil olan qaxlı gənclər mükafatlandırılıblar

A+ A

Qax, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Ali məktəblərə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan qaxlı gənclər rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə ali məktəblərə builki qəbul imtahanlarında iştirak etmiş 265 məzundan 167 nəfərin tələbə adını qazandığı bildirilib. Qəbul imtahanlarında məzunlardan 31 nəfər 500-dən, o cümlədən 10 nəfər 600 baldan yuxarı nəticə göstərib.

Qeyd olunub ki, qəbul imtahanlarında şəhər 4 saylı tam orta məktəbin məzunu Ayşən Hacızadə hamıdan çox – 652 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olub. A.Hacızadə, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb. Qorağan kənd məktəbinin məzunu Aytac Ağazadə 648, şəhərdəki 3 saylı tam orta məktəbin məzunu Samira Tixonya isə 645 bal toplayaraq arzuladıqları ali məktəblərə daxil olublar.

Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.