Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Ali qonağın şərəfinə VİDEO

Ankara, 12 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları rəsmi naharda çıxış etmişlər.

 

Prezident Abdullah Gülün

çıxışı

-Hörmətli Prezident, əziz qardaşım.

Möhtərəm xanım əfəndi.

Hörmətli qonaqlar.

Zati-alilərini, möhtərəm Mehriban xanımı və nümayəndə heyətinizin mötəbər üzvlərini bir daha Türkiyədə qonaq qəbul etməkdən böyük məmnunluq duyuruq.

2007-ci ildə Prezident seçildikdən sonra mən də o zaman ilk səfərimi Azərbaycana etmişdim və böyük bir qonaqpərvərliyi o gündən bu günə hər gedişimizdə görürük. Siz də eynilə bundan tam beş il əvvəl olduğu kimi, Prezident seçkilərindən sonra ilk rəsmi səfərinizi Türkiyəyə həyata keçirirsiniz. Türkiyəni seçməyiniz heç şübhəsiz təsadüfi deyildir, nəzakətdən daha dərin bir mənaya sahibdir. Bu seçimi əbədi və əzəli qardaşlığımızın nişanəsi, strateji ortaqlığımızın parlaq təzahürü kimi dəyərləndiririk. Bu gözəl vəsilə ilə ölkəmizə gələn sizi - dəyərli qardaşlarımızı ən səmimi hisslərimlə salamlayıram.

Azərbaycan hamımızın vətənidir, tarix boyunca millətimizin könlündə çox müstəsna bir yerə sahib olmuşdur. Qəlblərimiz azərbaycanlı qardaşlarımızla hər zaman birlikdə döyünür. Sevinciniz sevincimizdir, kədəriniz kədərimizdir, eyni mahnılarla təsirlənir, eyni şairlərin şerləri ilə həyəcanlanırıq. Füzulini oxuyarkən siz necə dərin bir məna verirsinizsə, biz də eyni şəkildə anlayırıq. Könüldə, fikirdə və işdəki bu ortaqlığımızın naxış-naxış toxunduğu can Azərbaycanın gözəl havasını və ətrini ikinci vətəniniz Türkiyəyə gətirən sizə - dəyərli qonaqlarımıza ən səmimi duyğularımla bir daha “Xoş gəlmisiniz!” deyirəm.

Hörmətli Prezident, dəyərli qonaqlar.

Bundan tam 20 il əvvəl Azərbaycana səfər edən rəhmətlik Prezident Özal Bakı Universitetində etdiyi çıxışda “acı və həsrət dolu illəri geridə qoyduq, bu yeni dövr birlik və bərabərlik içində irəliyə doğru böyük addımlar atmaq üçün tarixi bir fürsət təşkil etməkdədir” demişdi. Geriyə dönüb baxarkən məmnuniyyətlə görürük ki, Türkiyə və Azərbaycan bu tarixi fürsəti çox yaxşı dəyərləndirmişlər. Bunda heç şübhəsiz, Zati-alinizin son on ildə göstərdiyi güclü liderliyin də çox böyük təsiri vardır.

Qardaş ölkələrimiz qısa müddətdə böyük inkişaf əldə etmişdir. Siyasi və sosial sabitliklərini iqtisadi və bəşəri zənginliyə çevirmişlər. Ölkələrimiz ümummilli lider, mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı ilə güclərini xalqlarımızın və bölgəmizin xeyrinə olacaq şəkildə birləşdirmişlər. Həyata keçirildiyi dövrdə əsrin layihələri adlandırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri bu düşüncə və dinamizmin məhsuludur. Bu kəmərlər əmin-amanlıq anlamına gələn Xəzərdən dünyaya, sadəcə neft və qaz deyil, sülh, rifah və sabitlik də daşımaqdadırlar.

Bu müştərək baxışımızın miqyasını daha da genişləndirməkdə qərarlıyıq. Müasir İpək Yolu adlandırılan, orta xəttin ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşallah, gələn il tamamlanacaqdır. Xəttin bir başqa önəmli hissəsi olan “Marmaray” dəmir yolunun açılışını isə oktyabrın 29-da reallaşdırdıq. Çox yaxın vaxtlarda bu layihəyə əsasən London ilə Pekin Xəzər üzərindən dəmir yolları ilə bir-birinə bağlanacaqdır.

Eyni şəkildə “Cənub” qaz dəhlizinin çox önəmli bir hissəsi olan TransAnadolu boru kəməri layihəsini sürətlə həyata keçirməliyik. Heç şübhəsiz, bunlar Xəzərin dünya ilə birliyini möhkəmləndirəcək, XXI yüzilliyə möhürünü vurmağa layiq layihələrdir. Bundan sonra qarşımızda duran başlıca məqsəd kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji müttəfiqliyi Zati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəliyə aparmaqdır.

Cənab Prezident, əziz qardaşım, hörmətli qonaqlar.

Azərbaycan ikitərəfli münasibətlərimizdə olduğu kimi, türk respublikaları arasındakı əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinə yönəlmiş səylərimiz baxımından da aparıcı bir ölkədir. Bu mənada katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə reallaşmışdır. Azərbaycan bu ilin avqustunda Qəbələdə ev sahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası III zirvə görüşündə sədrliyi təhvil almışdır. Qarşıdakı bir il müddətində Azərbaycan böyük əhali və coğrafiya ilə zəngin təbii və bəşəri sərvətlərə malik olan Türk dünyasının qlobal miqyasda bir diqqət mərkəzinə çevrilməsinə yönəlmiş müştərək səylərimizə rəhbərlik edəcəkdir.

Türk respublikaları arasında kökləri tarixi keçmişimizə söykənən dostluq və qardaşlıq əlaqələrinin təməlində ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimiz dayanmaqdadır. Bununla birlikdə, bu dostluq və qardaşlığın konkret layihələr əsasında müştərək maraqlarımıza cavab verəcək bir ortaqlığa çevrilməsi üçün yeni baxışlı, uzaqgörən liderlərə hər zaman ehtiyac vardır. Bu baxımdan Zati-alinizin oynadığı rol hər cür təqdirəlayiqdir.

Cənab Prezident, hörmətli qardaşım, əziz qonaqlar.

Çox xoşdur ki, Qafqaz İslam ordusunun erməni və bolşevik işğalı altındakı Bakını xilas etməsinin 95-ci və Azərbaycanın müstəqilliyə yenidən qovuşmasının 22-ci ildönümündə dostluq, qardaşlıq və işbirliyimizin qızıl illərini yaşayırıq. Böyük şair Bəxtiyar Vahabzadə illər öncə yazdığı bu mənalı misralarda sanki əlaqələrimizin bu gününü və sabahını ifadə edir:

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu

Azərbaycan, Türkiyə...

Bu münasibətlə Zati-alinizi, hörmətli xanımınızı və nümayəndə heyətinizin dəyərli üzvlərini Türkiyədə qonaq qəbul etməkdən duyduğum məmnunluğu bir daha ifadə edir, Türkiyə-Azərbaycan əlaqələrinin parlaq gələcəyinə olan sarsılmaz inamımla bütün azərbaycanlı qardaşlarımıza ən səmimi salamlarımı, sevgilərimi və ən xoş arzularımı çatdırıram. Qayıdandan sonra bütün Türk xalqının salamlarını və sevgilərini bütün azərbaycanlı qardaşlarımıza çatdırmağı Sizdən xahiş edirik.

Bir daha xoş gəlmisiniz.

Prezident İlham Əliyevin

çıxışı

-Əziz qardaşım, hörmətli Prezident cənab Abdullah Gül.

Hörmətli Hayrünnisə xanım.

Əziz qardaşım, hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan.

Hörmətli Əminə xanım.

Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

İlk növbədə, mənə və nümayəndə heyətinə qardaş Türkiyədə göstərilən qonaqpərvərliyə görə bir daha sizin hamınıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün mənim həyatımda tarixi bir gündür. Bu gün mən qardaş ölkənin ən ali mükafatı olan “Dövlət nişan”ı ilə təltif olunmuşam. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Elə başa düşürəm ki, bu təltif gördüyüm işlərə verilən qiymətin təzahürüdür.

Mən Prezident kimi çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin, bütün sahələri əhatə etsin. Çox xoşbəxtəm ki, mənim Türkiyədə Prezident və Baş nazir kimi qardaşlarım vardır. Bizim dostluğumuz, qardaşlığımız sarsılmazdır. Əldə edilmiş bütün uğurların təməlində məhz bu duyğular, bu amillər dayanır.

Türkiyə və Azərbaycan xalqları əsrlər boyu bir yerdə olmuşlar, yaşamışlar, yaratmışlar. Sonra tarix belə buyurdu ki, biz bir-birimizdən ayrı düşdük. Yetmiş il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində yaşayırdı. Əlaqəmiz yox idi, heç bir ünsiyyətimiz də yox idi. Ancaq xalqlarımızın qəlbində yaşayan, bir-birimizə olan sevgi, məhəbbət, qarşılıqlı hörmət bizi bir-birimizdən ayrı düşməyə qoymamışdır. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə-Azərbaycan əlaqələri quruldu. Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və demək olar ki, müstəqilliyimizin ilk illərindən Türkiyə-Azərbaycan əlaqələri xüsusi xarakter daşımağa başlamışdır. Bu gün mən tam əminəm ki, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bu qədər sıx bağlı olsunlar. Bu bağlılıq tarixdən gələn ismarıcdır. Bu bağlılıq ortaq mədəniyyət, ortaq tarix, etnik köklər üzərində qurulub. Biz isə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndiririk. Bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir və Türkiyənin uğurla inkişafına ürəkdən sevinir.

Mən Türkiyədə dəfələrlə olmuşam. Bu, Prezident kimi mənim 16-cı səfərimdir. Ancaq Ankarada sonuncu dəfə 5 il bundan öncə olmuşam. Səmimi qəlbdən Sizi Ankarada görülən işlərlə bağlı təbrik etmək istəyirəm. Ankara müasir gözəl şəhərə çevrilmişdir, gözəl binalar tikilmişdir. Ankara böyük sənaye mərkəzinə çevrilmişdir. Ankarada gedən işlər Türkiyədə gedən işlərin təzahürüdür. Bizi sevindirən odur ki, bu gün Türkiyə dünya çapında güc mərkəzidir, cəlbedici güc mərkəzidir. Türkiyə öz siyasəti, diplomatiyası ilə dünyada çoxlu dostlar qazanmışdır. Bu, o qədər də asan məsələ deyildir. Türkiyə məhz xoş niyyəti ilə, düşünülmüş siyasətlə, qarşılıqlı anlaşma ilə böyük hörmət qazana bilmişdir. Bu gün dünya miqyasında Türkiyənin çox böyük nüfuzu, hörməti vardır. Hətta böhranlı illərdə Türkiyə iqtisadiyyatı inkişaf etmişdir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə Hökumətinin düşünülmüş, müdrik siyasəti vardır. Bu siyasət nəticəsində bu gün Türkiyə dünya birliyinin aparıcı ölkələrindən biridir, “Böyük iyirmiliyin” üzvüdür. Türkiyə iqtisadiyyatı getdikcə artır, əhalisi artır və artacaqdır. Türkiyənin gücü bizim gücümüzdür. Biz bir-birimizi daim dəstəkləmişik, dəstəkləyirik. Bizim gücümüz bizim birliyimizdədir. Bu gün əziz qardaşım Prezident Abdullah Gülün dediyi kimi, Türkiyə-Azərbaycan birliyi, eyni zamanda, türkdilli dövlətlərin birliyini də şərtləndirir. Mən çox şadam ki, biz artıq türkdilli dövlətlər formatı çərçivəsində çox önəmli qərarlar qəbul edirik. O qərarlar ki, bizim xalqlarımızı gələcəkdə daha da birləşdirəcəkdir. Əlbəttə, bizi birləşdirən tarix və siyasi maraqlar çox güclü amillərdir. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat layihələrimiz, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və “Marmaray” layihəsinin başa çatması tarixi hadisələrdir. Fürsət düşmüşkən, “Marmaray” layihəsinin icrası münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm.

Biz beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Biz regional müstəvidə bir-birimizin yanındayıq. Türkiyə və Azərbaycan bu gün dünya çapında önəmli bir amildir.

Bizim gücümüz ancaq və ancaq artacaqdır. Çünki ölkələrimizin potensialı kifayət qədər güclüdür, biz səylərimizi birləşdiririk. XXI əsr türk dünyası əsri olacaqdır. Bunda heç bir şübhə yoxdur. Sadəcə olaraq, biz öz strateji addımlarımızı düzgün planlaşdırmalıyıq, hədəflərimizə doğru inamla addımlamalıyıq. Elə etməliyik ki, Türkiyə-Azərbaycan birliyi daim inkişaf etsin.

Bizim dostluğumuz sarsılmazdır, əbədidir. Bizi bu gün böyük layihələr, siyasi maraqlar, ortaq hədəflər birləşdirir. Ancaq bütün bu amillərin təməlində xalqlarımızın bir-birinə olan məhəbbətidir, hörmətdir, biri–birimizə olan bağlılıqdır.

Türkiyə-Azərbaycan birliyi XXI əsrdə bizim coğrafiyamızda bir çox məsələləri həll edəcəkdir. Bu birliyi möhkəmləndirmək üçün biz hamımız çalışmalıyıq, çalışırıq. Bu gün apardığımız danışıqlar və sabah aparılacaq danışıqlar birliyimizi daha da möhkəmləndirəcəkdir.

Bir daha mənə göstərilən qonaqpərvərliyə və hörmətə görə sizə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, mən bu şərəfli adı ləyaqətlə daşıyacağam. Öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi üçün öz səylərimi əsirgəməyəcəyəm.

Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ali qonağın şərəfinə VİDEO

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib