Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Ali qonağın şərəfinə VİDEO

Afina, 16 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 16-da Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir.

Mərasim Azərbaycanın və Yunanıstanın dövlət himnlərinin səslənməsi ilə başladı.

Naharda çıxış edən Yunanıstan Prezidenti Karolos PAPULYAS Azərbaycan dövlətinin başçısını bir daha Afinada salamladı və bu səfərin ikitərəfli münasibətlərin bütün istiqamətlərini daha da dərinləşdirməyə xidmət edəcəyini bildirdi. “Bizim danışıqlar bir daha qarşılıqlı inam və hörmətlə xarakterizə olunan yüksək siyasi əlaqələrimizi təsdiq edib”, - deyən Yunanıstan dövlətinin başçısı iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdıraraq dedi:

- Azərbaycan dünyanın ən əhəmiyyətli neft-qaz istehsalçılarından biridir və buna görə o, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu fakt, həmçinin Azərbaycanın Avropaya təbii qaz nəqli üçün TAP boru kəmərini seçməsindən sonra bizim enerji münasibətlərimizin xüsusi dinamikasında əksini tapıb. TAP bir başlanğıcdır. Enerji sahəsində əməkdaşlığımız Azərbaycan və Yunanıstan arasında münasibətlərin dərinləşməsi və ölkənizin Avropa ilə Asiya arasında geostrateji və geoiqtisadi mövqeyini gücləndirəcək bir şəkildə inkişaf etməlidir. Qafqaz ərazisi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Yunanıstanın Avropa İttifaqı Şurasına sədrliyi İttifaqla Azərbaycan arasında münasibətlərin daha sürətli inkişafına yardım edir.

Bilirsiniz ki, Yunanıstanın Qafqaz regionu ilə çoxəsrlik tarixi əlaqələri vardır. Biz bölgədə təhlükəsizliyi və sabitliyi həmişə dəstəkləyir və inanırıq ki, bu, regional əməkdaşlığa və rifaha səbəb olacaqdır. Yunanıstan xarici siyasətində Dağlıq Qarabağ da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə həmişə tərəfdar olub. Biz münaqişənin tezliklə milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan beynəlxalq hüquq çərçivəsində qaneedici həllinin tapılmasını arzu edirik.

Yunanıstan Prezidenti çıxışının sonunda ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə əminliyini ifadə etdi.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, bu, onun Yunanıstana ikinci səfəridir. Dövlətimizin başçısı budəfəki səfərinin yekunlarını yüksək qiymətləndirdi və aparılan danışıqların, imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev Yunanıstan ilə Azərbaycan arasında əlaqələrin qədim tarixə malik olduğunu və ölkələrimizin münasibətlərinin müasir dövrdə daha da inkişaf etdiyini vurğulayaraq dedi:

- Hələ XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Böyük İsgəndərə ithaf etdiyi “İsgəndərnamə” poemasında Aristotel, Arximed, Sokrat, Platon və digər görkəmli yunan mütəfəkkirlərindən bəhs edir.

Bu gün Yunanıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələr və faydalı dialoq iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə münasibətlərimizin inkişafına təkan verir. Biz, həmçinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik. Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında Yunanıstan çox müsbət rol oynayır. Biz də bunu yüksək qiymətləndiririk. Əminəm ki, Yunanıstan Avropa İttifaqı Şurasında sədrliyi dövründə olduğu kimi, gələcəkdə də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir.

Son dövrlər enerji sahəsində əldə etdiyimiz nailiyyətləri əməkdaşlığımızın uğurlu göstəricisi hesab edirəm. Biz enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrimizin genişlənməsinə mühüm əhəmiyyət veririk. Azərbaycan Yunanıstan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdır. Biz imkanların araşdırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində bundan sonra da çalışacağıq.

Dövlətimizin başçısı Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə neft-qaz kəmərlərinin şaxələndirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən də danışdı. Avropanın ən nəhəng layihələri olan TAP və TANAP layihələrinin icrası nəticəsində Azərbaycanın təbii ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaqdır. Prezident İlham Əliyev ölkəmizin regionda təhlükəsizliyin və sabitliyin tərəfdarı olduğunu vurğuladı və bu sabitliyə əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə danışaraq dedi:

- Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi vardır ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Çıxışının sonunda Prezident İlham Əliyev Yunanıstan dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ali qonağın şərəfinə VİDEO

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük